Sərraf şİruyə



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə45/260
tarix30.12.2021
ölçüsü3,2 Mb.
#17931
1   ...   41   42   43   44   45   46   47   48   ...   260
Sərraf Şiruyə             
                           
                          
 
 
48 
Əsir düşüb, alınsa da qalalar, 
Milyon olub bəylər tikən villalar. 
Gəlin, ey dilənçi, yazıq balalar, 
Haqqa ərzə yazaq, ol agah deyək. 
 
Kütbeyin müdirlər öz nəfindədi, 
Haqq da haqsızlığın tərəfindədi. 
Bizim əlacımız haqq öyündədi
Sən yetiş köməyə – Ya Allah deyək! 
1993-cü il. 
 
 
BALA 
 
Bu dünya əzəldən qəm dünyasıdı, 
Doldur qəlyanını tüstülə, bala. 
Haqsızlıq odundan var cəsədinə. 
İstilik gəlirsə istilə, bala. 
 
Həqiqət, ədalət, kişilik, qürur, 
Elə hesab etmə yerində durur. 
Gördün ki, bir qapaz başına vurur. 
Əl at fitnə-felə, qəsd elə, bala. 
 
Harda olsan acı dili uzaq tut
Yaltaqlıqdan, fırıldaqdan soraq tut
Şiruyəyəm, arxa axtar, dayaq tut, 
Tala bu dünyanı dost ilə, bala. 

Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   260




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin