kütləvi seminarlar, tədbirlər, çıxışlar və s. dialekt və şivə əlamətlərini dildən sıxışdırıb çıxarır.
Beləliklə, müəyyən nitq areallarında yaranmış norma ümumi ədəbi dilə keçidlə bağlı vahid
qaydada formalaşır. Bu prosesdə yazı da aparıcı rol oynayır. Nəticədə ümumi ədəbi dil bir sıra
icbari qaydalarla tənzimlənir.
Normaların dəyişilməsi.
Cəmiyyət normalar sistemi üzərində qurulur.
Bu normalar
müəyyən tarixi dövrlərdə dəyişdiyi kimi ,dildə də normalar sistem şəklindədir.
Ədəbi dil
norması da cəmiyyətdə qəbul edilmiş normalar kimi daim yaşayan, heç dəyişə bilməyən hadisə
deyildir. Dilin quruluşunda daim dəyişiklik baş verdiyi üçün bu dəyişiklik normada da əks
olunur. Dildə normalar qanunauyğun şəkildə dəyişir. Bu dəyişikliklər dildaxili və dilxarici
amillərin
təsiri ilə, inkişaf əsasında baş verir.
Dövrün tələblərini ödəyə bilməyən normalar sıradan çıxır, müasir tələblərə uyğun
zəruri normalar isə dilə daxil olur. Yaranan
hər bir yeni norma dilə, xalqın ruhuna uyğun
olmasa, dildə uzunmüddət yaşaya bilmir.
Dil sistemində istifadə edilən normalar mədəni nailiyyətdir.
Bəşəriyyət bütün tarix
boyu əldə etdiyi ən yaxşıları gələcək nəslə ötürmüşdür. Ədəbi dil normaları da hər bir xalqın
illərlə, bəzən əsrlərlə yaratdığı nailiyyətdir. Bununla belə Azərbaycan ədəbi dili tarixində uzaq
keçmişdən bu günə kimi normalar sistemində ciddi dəyişikliklər olmuşdur. Lakin bu norma
dəyişiklikləri mədəni ənənələrin pozulmasına
heç bir xələl gətirməmiş, əksinə daha da
təkmilləşmişdir.
Dildə
Dostları ilə paylaş: