7
Yaranma şəraitindən asılı olaraq aşağıdakı xətalar mövcuddur:
1)
əsas xəta-normal şəraitdə istifadə olunan ölçmə vasitəsinin xətası; 2)
əlavə xəta-ölçmə
vasitəsinə təsir edən kəmiyyətlərdən birinin normal qiymətə nisbətən meyletməsi və ya normal
qiymətlər həddindən kənara çıxması nəticəsində yaranan xətadır.
1.1.2.
Tələbələr üçün fəaliyyətlər
Qrupu 3-5 nəfərdən ibarət qruplara bölün. Iri ağ kağızda “Ölçmə xətaları və onların
növlərini karusel üsulundan istifadə edərək qeyd edin” tapşırığı verilir. Kağızı saat əqrəbi
istiqamətində digər qruplara ötürün. “Karusel” üsulundan istifadə edərək tapşırıq verilmiş
kağızı bütün qruplara ötürərək axırda öz qrupuna qaytarın. Sonda təqdimatı yazı
lövhəsinə yapışdırın.
Müzakirələr edib, ümumiləşdirmələr aparın.
Sxem 1.1
Statik xəta ilə dinamik xətanı araşdırın və müqayisə edin.
Ölçmə vasitələrinin xətalarının dəyişmə xarakterindən asılı olaraq növlərini şaxələnmə
iş üsulundan istifadə edərək araşdırın və sxemdə qeyd edin.
Bu
üsula əsasən m
üəllim tərəfindən lövhədə və ya iş vərəqlərində dairə çəkilir və onun
mərkəzində yazılmış anlayış ilə bağlı söz və ya ifadələr söyləmək şagirdlərə tapşırılır.
Mərkəzdə yazılmış anlayışdan başlayaraq hər növbəti söz onunla
əlaqəli sözlər xətlərlə
birləşdirilir. Vaxt bitənə kimi mümkün qədər çox fikir yazmaq və onları əlaqələndirmək
tövsiyə olunur. Vaxt bitəndən sonra alınan klaster müzakirə
edilir və ümumiləşdirmə
aparılır.
Dostları ilə paylaş: