14
1.3.3. Qiymətləndirmə
Öyrənmə prosesinə bağlı olan qiymətləndirmə meyarı:
“Elektrik ölçü cihazlarının təyinatını izah edir
Elektrik ölçmə cihazları nəyə deyilir?
Analoq cihazları nəyə deyilir?
İnteqrallayıcı cihazlar hansı cihazlardır?
İnformasiya – ölçmə sistemləri nədir?
1.4.1. Elektrik-ölçmə növləri və metodlarını müəyyən edir
Ölçmə növləri
Ölçmə nəticələrinin alınma üsullarına görə ölçmələri aşağıdakı növlərə bölmək
olar:
-
Birbaşa ölçmələr.
-
Dolayı ölçmələr.
-
Birgə ölçmələr.
Birbaşa ölçmələr. Birbaşa ölçmələrdə nəticə bilavasitə təcrübədən alınır, məsələn, gərginliyin
voltmetrlə, cərəyanın ampermetrlə ölçülməsi və s. Birbaşa ölçmədə ölçülən kəmiyyətin axtarılan
qiyməti (y), təcrübədən alınan nəticəyə
(
x)-ə bərabər olur. Yəni y =
x olur.
Dolayı ölçmələr. Bu ölçmə zamanı nəticə hesablama yolu ilə alınan kəmiyyətlə
birbaşa
ölçmədən alınan kəmiyyət arasındakı məlum asılılıqdan alınır. Məsələn, müqavimətin gərginlik və
cərəyana görə...
y = F(x
1
x
2
...x
n
)
x
1
x
2
...x
n
ölçülən kəmiyyətlərin qiymətləridir.
Birgə ölçmələr.
Belə ölçmə zamanı nəticə dolayı və birbaşa ölçmələrin nəticələrindən alınır.
Birgə ölçmə müxtəlif kəmiyyətlərin eyni vaxtda ölçülməsini həyata keçirmə və onlar arasındakı
asılılığı müəyyənləşdirmək üçün istifadə olunur. Misal üçün termorezistorun
müqavimətini müxtəlif
temperaturlarda ölçməklə onun müqavimətinin temperaturdan asılı olaraq müxtəlif qiymətlər almasını
təyin etmiş olarıq.
Ölçmə metodları
Elektrik-ölçü cihazlarının istifadə üsullarından asılı olaraq ektrikölçmə metodları
iki yerə
bölünür. Bilavasitə qiymətləndirmə metodu və müqayisə metodu.
Bilavasitə qiymətləndirmə metodu
Bu metod vasitəsilə aparılan
ölçünün nəticəsi birbaşa, heç bir əlavə əməliyyat aparılmadan
alınır. Məsələn, gərginliyin voltmetrlə ölçülməsi. Bu metod çox sadədir və
ölçünün nəticəsini tez bir
zamanda əldə etmək mümkündür.
Cihaz ya daimi, ya da ölçmə aparan zaman dövrəyə qoşula bilər. Bu halda ölçmənin dəqiqliyi o
qədər də böyük alınmır (0,1%). Həmin göstərici elektrik ölçmə cihazının maksimal dəqiqliyidir. Burada
bilavasitə qiymətləndirməni təmin edən, lakin işləmə prinsipi daha mürəkkəb olan - kompensasiya və
açılış metodlarına əsaslanan rəqəmli cihazlara baxılmır.
Dostları ilə paylaş: