Azərbaycanda Peşə Təhsili və Təliminin (ptt) inkişafına Avropa İttifaqının dəstəyi



Yüklə 417,13 Kb.
Pdf görüntüsü
səhifə6/30
tarix21.12.2023
ölçüsü417,13 Kb.
#187488
1   2   3   4   5   6   7   8   9   ...   30
elktrik-olcmalari

Ölçmə 
xətalarının 
növləri
?
?
?
?



Sxem 1.2
1.1.3. Qiymətləndirmə 
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:
“Əsas anlayışları sadalayır” 

Ölçünün mütləq xətası nədir? 

Elektrik ölçmə cihazının mütləq xətası nədir? 

Çeviricinin mütləq xətası dedikdə nə başa düşürsünüz? 

Nisbi xəta nəyə deyilir? 
1.2.1. Ölçmə üsullarını izah edir

Ölçmə üsulları 
Ölçmə vasitələrinin eyniliyinin əsas xarakteristikası onların müəyyən edilmiş 
normalara uyğun olmasıdır. Belə vəziyyətə nail olunması ölçmə vasitələrinin 
etibarlılığı ilə sıx əlaqədardır. Ölçmə göstəricilərinin müvafiq normalara 
uyğunluğu isə ölçmə metodlarının təkmilliyi və cihazların sınaqlarının yerinə 
yetirilməsi keyfiyyəti və müddətlərindən asılıdır.
Ölçmə üsul və vasitələrinin təsnifatı. Bütün ölçmələri 6 üsulla aparırlar:
düz və ya birbaşa ölçmələrdə axtarılan kəmiyyətin qiyməti bilavasitə təcrübə yolu ilə alınan 
qiymətlərdir.
- dolayı ölçmələrdə axtarılan kəmiyyət birbaşa ölçmədən alınan qiymətlər ilə axtarılan 
kəmiyyət arasındakı aslılıqdan tapılır.
cəmləmə ilə ölçmədə eyni adlı kəmiyyətlərin eyni zamanda ölçülməsi aparılır.
- birgə ölçmələr- aralarında asılılığı müəyyən etmək üçün müxtəlif adlı kəmiyyətlərin eyni 
zamanda ölçülməsidir. 
Mütləq ölçmə - fiziki sabitlər istifadə etməklə və əsas kəmiyyətlərin birbaşa ölçülməsidir. 
Nisbi ölçmədə - ölçünün kəmiyyəti əsas kimi qəbul edilərək eyni adlı kəmiyyətlə müqayisə 
edilir. 
Ölçmə üsullarının göstərilən hər biri özlüyündə 7 növə bölünür. Xətti və bucaq ölçmələrində 
başlıca olaraq, birbaşa ölçmə üsulu tətbiq edilir. Dolayı və nisbi ölçmə üsulları məhdud istifadə edilir. 



Ölçmə vasitələri iş prinsipi, hərəkət xarakteri və quruluşuna görə 4 növdürlər: mexaniki, optik, 
pnevmatik, elektrik.
1-temperatura həssas elementin qoşulma yuvacıqları(“1” və “2”); 2-soyuq temperaturu ölçmə 
zamanı közərən LED indikator; 3-isti temperaturu ölçmə zamanı közərən LED indikator; 4-Farenqeytlə 
ölçmə zamanı közərən LED indikator; 5-4 ədəd 7 seqmentli maye-kristal displey; 6-“SET” 
proqramlaşdırma düyməsi; 7-“Yuxarı” rəqəmləri artırma istiqaməti düyməsi; 8-“Aşağı” rəqəmləri 
azaltma istiqaməti düyməsi; 9-“L” və “N” şəbəkə gərginliyi üçün sıxaclı yuvacıqlar; 10- “12”,”13” 
və”14” nömrələnmiş çıxışı idarəetmə üçün istifadə olunan relenin kontaktları.
Mexaniki cihaz və alətlər xətti və bucaq ölçülərinin müəyyən edilməsində daha çox istifadə 
edilir. Mexaniki cihazlar nisbətən aşağı dəqiqliyə və ölçmə sürətinə malikdirlər. 
Optik cihazlar yüksək dəqiqliyə, böyük ötürmə nisbətinə və şkala bölgülərinin kiçik qiymətinə 
malik olurlar. Optik cihazlarla ölçmələrin ən yüksək dəqiqliyinə nail olunur.
Pnevmatik cihazlar kontaktsız metodla ölçmələrdə istifadə oluna bilər. Bu cihazlar yüksək 
dəqiqliyə və sürətli hərəkətə malikdirlər. Lakin onların sıxılmış hava şəbəkəsinə ehtiyacı olur və özlərini 
eyni obyektlərin kütləvi ölçmələrində doğruldur. 
Elektrik cihazları avtomatik qurğular və ölçmə sistemlərində daha çox istifadə edilirlər. Onlar 
sürətlə ölçməni yerinə yetirir, idarə olunması sadə, ölçmə məlumatlarını məsafəyə ötürən siqnalın 
gücləndirilməsi imkanına malikdir. Lakin bu cihazlar etibarlığına görə mexaniki cihazlardan geri qalırlar. 
Xətti ölçmələr üçün elektrik ölçü cihazlarında ölçmə prosesi xətti kəmiyyətin elektrik 
parametrinə çevrilməsi ilə həyata keçirilir. Cihazın təyinatından asılı olaraq elektrik siqnalı öz 
növbəsində, şkala üzrə göstəricinin hərəkəti və ya avtomatik nəzarət cihazlarında ayrı – ayrı 
elementlərin mexaniki yerdəyişməsinə çevrilir.
Şəkil 1.2 Elektron rəqəmsal termostat 
Şəkil 1.3 Fluke ölçü cihazı 
Ölçülən xətti kəmiyyət elektromexaniki çeviricilərin köməyi ilə elektrik kəmiyyətinə çevrilir. 
Elektrik cihazları mexaniki və ya optik cihazlara nisbətən aşağıdakı üstünlüyü vardır: 
-
Ölçmə yeri və nəticələrin alınma yerinin ərazi cəhətdən bölünmə imkanı; 
-
Elektrik kəmiyyətləri kimi alınmış ölçmə nəticələrini elektromexaniki, qeydedici və 
siqnal verici maşınlarda istifadə etmək imkanı; 
-
Istismarın rahat olması. 
Çeviricinin iş prinsipinə görə elektrik cihazları elektrokontaktlı, induktiv, tutumlu elektrik ölçü 
cihazlarına bölünürlər. 


10 
Elektrokontaktlı ölçü cihazları. Bu cihazlarda ölçülən kəmiyyətin dəyişmələrinin elektrik 
siqnalına çevrilməsi elektrik kontakt dövrəsinin qapanması vasitəsilə baş verir. Kontaktları adətən 
volfram, bəzən isə nəcib metallardan hazırlayırlar. 
İnduktiv ölçmə cihazları. Sex şəraitində hissələrin həqiqi ölçülərinin müəyyən edilməsində 
elektroinduktiv üsulların istifadəsi tövsiyə edilir. 
Tutumlu ölçü cihazları - yoxlanan ölçünün statorun ara boşluğu məsafəsinin, bununla əlaqəli 
olan tutumun dəyişməsinə səbəb olur. Lakin tutumlu ölçmə metodunun üstünlüyü yüngül və sərt 
hərəkət edən elektrodların hazırlana bilməsi imkanı və yüksək məxsusi tezliyə nail olunmasıdır. 
1.2.2. Tələbələr üçün fəaliyyətlər 

Karusel iş üsulundan istifadə edərək ölçmənin üsullarını araşdırın və sxemdə qeyd 
edin.
Sxem 1.3 

Ölçmə cihazlarını internet vasitəsi ilə araşdırın və klaster iş üsulundan istifadə edərək 
tətbiq sahələrini sxemdə qeyd edin. 
Sxem 1.4

Elektrik cihazları mexaniki və optik cihazlara nisbətən üstünlüyünü araşdırın, öyrənin.

BİBÖ iş üsulundan istifadə edərək “Çeviricinin iş prinsipinə görə elektrik cihazlarının 
növlərini” araşdırın və nəticə çıxarın.
Müəllim lövhədə 3 sütundan ibarət cədvəl qurur. Şagirdlər problemlə bağlı bildiklərini söyləyir 
və cavablar birinci sütunda qeyd olunur. Həmin məsələ ilə bağlı bilmək istədikləri isə ikinci sütuna 
yazılır. Dərsin sonunda bir daha həmin cədvələ diqqət yetirilir və mövzu ilə bağlı öyrəndikləri üçüncü 
sütunda qeyd edilir. 
Ölçmə 
üsulları
?
?
?
?
?
?

Yüklə 417,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin