203
SSRİ vətəndaşları öz yaxınları ilə əlaqələr qurmağa
başlamışlar. Niftalı Xəlilov da bu fürsətdən istifadə
edərək qardaşı Əliyə 1954-cü ildə ilk məktubunu yaz-
mışdır. Əli Xəlilov Sovet İttifaqının dağılmasından isti-
fadə edərək 1990-cı il iyul ayının axırı – avqust ayının
əvvəllərində Türkiyədə olmuş, qardaşı Niftalının mə-
zarını ziyarət etmiş, uşaqları ilə görüşmüşdür. Hal-ha-
zırda da hər iki qardaşın övladları bir-biriləri ilə sıx
əlaqə saxlayırlar.
Əli Xəlilov hərbi xidmətə getməmişdən əvvəl Simi
bibisinin nəvəsi Sumaya Elbəyi qızı ilə evlənmişdir.
Onların Ofeliya, İlham, Nurəli və Mahir adlı övladları
dünyaya gəlmişdir. Əli Xəlilov soy-kökünü sevdiyi
kimi, övladlarına da çox bağlı olmuş, təhsil almaları,
cəmiyyətə və xalqa yararlı şəxsiyyət kimi formalaş-
maları yolunda daim çalışmışdır.
1999-cu ilin fevral ayında Kərbalanı ziyarət edən
Əli Xəlilov 2008-ci il aprel ayının 25-də, 80 yaşında
dünyasını dəyişmişdir. Həyat yoldaşı Sumaya xanım
isə 2005-ci il noyabr ayının 9-da vəfat etmişdir. Hər
ikisi Bakı şəhərində dəfn olunmuşlar.
Bu gün bu ocağın od qoruyanı Kərbəlayı Əlinin bö-
yük oğlu, bu kökün ağsaqqalı İlham Xəlilovdur. O, 1
iyul 1957-ci ildə anadan olmuş, Daşkənd kənd orta
məktəbində VIII sinfə qədər oxuduqdan sonra təhsilini
Bərdə rayonu Yeni Daşkənd kənd orta məktəbində da-
vam etdirmiş və 1974-cü ildə orta məktəbi bitirmişdir.