23
və təqdirəlayiq xidmətlərini nəzərə alaraq onların elmi-tədqiqatlarının prioritet
istiqamətləri və yaradıcılığı haqqındakı məlumatlar
müvafiq fəsillərdə şərh
olunmuşdur. Güman edirik ki, xalqımızın
gələcəyi olan gənclərimiz,
tələbələrimiz, şagirdlərimiz və bütün oxucular milli genetika elmimizin
sələflərinin, korifey alimlərimizin yaradıcılığı, elmi axtarışları və nailiyyətləri ilə
tanış olduqdan sonra müvafiq nəticə çıxaracaq, onların keçdiyi çox şərəfli elmi
irsi örnək kimi qəbul edəcək, yollarını davam etdirəcək və bu elmə böyük maraq
göstərəcəklər.
Çünki bütün bioloji, tibbi, baytarlıq təbabəti və aqrar təmayüllü
elmlərin əsas məsələləri, məhz hüceyrə, xromosom və gen səviyyəində öyrənilir.
İstər tibbi, istərsə də baytarlıq təbabəti həkimləri hazırda bütün patologiyaları
yalnız genetik səviyyədə öyrənirlər.
Dostları ilə paylaş: