dördüncü və müasir mərhələ
molekulyar biologiyanın, molekulyar
genetikanın, immunogenetikanın, gen mühəndisliyi və biotexnologiya kimi
bəşəri əhəmiyyətli, mütərəqqi və dinamik yüksələn düz xətlə inkişaf edən elmi
prioritetlərin yavranması və təşəkkül tapması ilə səciyyələnir.
Hazırda həmin elm sahələrinə əsaslanaraq, biologiyanın, kənd təsərrüfatının,
sənayenin, təbabətin, baytarlıq təbabətinin, ümumilikdə isə molekulyar
biologiyanın ən aktual və qlobal miqyaslı problemləri ətraflı öyrənilir, bu
istiqamətdə elmi axtarışlar davam etdirilir və böyük elmi-praktiki əhəmiyyətli
uğurlar əldə olunur. S.Çetverkov populyasion genetikanın, akademik L.Ernst isə
baytarlıq təbabəti genetikasının yaradılmasında çox böyük işlər görmüşdür.
Azərbaycanda genetika elminin yaranmasında, formalaşmasında və inkişafında
milli təbiətşünaslıq elmimizin banisi H.Zərdabinin,
akademiklər
F.Məlikov,
M.Sadıqov, A.Qarayev, H.Həsənov, Ş.Tağıyev, M.Musayev, H.Əliyev,
Ə.Quliyev, A.Ağabəyli, İ.Mustafayev, V.Tutayuk, M.Qəniyev, N.Şirinov,
Y.Hacıyev, C.Əliyev, U.Ələkbərov, M.Salmanov, S.Məmmədova,
professorlar
Y.Səfərov, Ə.Əsgərov, R.Qədimov, R.Ağabəyli, E.Axundova, C.Axundov,
E.Əliyev, Z.Verdiyev, R.Mehdiyev, T.Turabov, A.Məmmədov, M.Axundov,
Q.Mustafayev, Z.Qarayev, C.Nəcəfov, M.Babayev, R.Quliyev, A.Quliyev,
Q.Abdullayev, E.Ağayeva, İ.Əzimov, E.Əliyev, R.Səfərov və b. olduqca böyük
xidmətləri olmuşdur. Ölkəmizdə kənd təsərrüfatı heyvanlarının və bitkilərinin
genetik fondunun, seleksiyasının və yetişdirilməsinin öyrənilməsi və təkmilləş-
dirilməsinin əsas elmi mərkəzi ADAU olmuşdur. Bu təhsil ocağında elmi-
pedaqoji fəaliyyəti ilə fomalaşan və məşhurlaşan korifey sələflərin irsi, yolu
onların xələfləri tərəfindən nəinki təkcə baytarlıq təbabəti və zootexniya elmləri
sahəsində, eləcə də
aqronomluq, meyvə-tərəvəzçilik, bitki mühafizəsi
və başqa
sahələrdə də uğurla davam etdirilir.
Dostları ilə paylaş: |