31
olmayan iki üsulla-hibridoloji və sitoloji– aparılan
eksperimental təcrübələr
nəticəsində aşkar edilmişdir. Q.Morqan və şagirdləri ilk dəfə olaraq genetik
xəritənin tərtib edilməsi üsulunu müəyyən etmiş və cinsiyyətin təyin olunma-
sında xromosom mexanizmini aşkar etmişlər. Genetika elminin sonrakı
nailiyyətlərinin hamısı və bu elmin inkişafı məhz Q.Morqanın
irsiyyətin
xromosom nəzəriyyəsi ilə əlaqədar olmuş və təşəkkül tapmışdır. Alimin bu nəzə-
riyyəsi sitologiya, embriologiya,
biokimya, təkamül təlimi və biologiyanın ən
yeni sahələri olan molekulyar biologiya, molekulyar genetika,
genetika
mühəndisliyi və biotexnologiyanın dinamik və sürətli inkişafı üçün müstəsna rol
oynamışdır. Ümumilikdə Q.Morqanın xromosom nəzəriyyəsi bütün biologiya
elimlərinin dinamik yüksələn düz xətlə inkişafı üçün çox mühüm zəmin
yaratmışdır.
Dostları ilə paylaş: