30
parçalanması, 3-cü qanun – sərbəst kombinasiya olunma)
kəşf etməklə
genetikanın inkişafında misilsiz xidmət göstərmişdir. O, toxumları sarı və yaşıl
rəngli olan noxud bitkilərini çarpazlaşdırmış (monohibrid çarpazlaşdırma) və F
1
nəslində bütün bitkilərin rəngi sarı olduğundan, yəni sarı rəng yaşıl rəng
üzərində dominantlıq (ağalıq) etdiyi üçün bu hadisəni dominantlıq (latınca
«domine»-«ağa»), alternativ əlaməti isə resessivlik (latınca «recessus»-
«uzaqlaşma», «kənarlaşma») adlandırmışdır (1-ci qanun). Sonra alim 1-ci
nəsildə alınan bitkiləri öz aralarında çarpazlaşdırdıqda 1-ci nəsildə gizli qalan
yaşıl rəng 2-ci nəsildə parçalanma nəticəsində üzə çıxmış
və üstünlük təşkil
etmişdir (2-ci qanun). 2-ci nəsildə (F
2
) dihibrid çarpazlaşma nəticəsində
əlamətlər (genlər) bir-birindən asılı olmayaraq sərbəst paylanır (3-cü qanun).
Onun yaratdığı mendelizm təliminin əsas mahiyyəti orqanizmlərin əlamətlərinin
inkişafını və onlarin gələcək nəsillərə verilməsini təmin edən irsiyyət amillərinin
diskretliyindən bəhs edir. Q.Mendelin kəşf etdiyi qanunlar yalnız 35 ildən sonra
(1900) Q.de Friz (Hollandiya), K.Korrens (Almaniya) və E.Çermak (Avstriya)
tərəfindən bir-birindən xəbərsiz müxtəlif bitkilər (lalə, qarğıdalı, noxud)
üzərində sübut olunmuşdur. Məhz bundan sonra mendelizm genetika və
biologiya elminin aparıcı nəzəriyyəsi kimi tanındı və məşhurlaşdı.
Dostları ilə paylaş: