29
ekoloji kənd təsərrüfatı, Zaur Həsənov yeni və yüksək məhsuldar meyvə, Şikar
Əliyev tərəvəz, Famil Şərifov üzüm sortlarının seleksiyası, Qəmbər Abdullayev
endemik qoyun cinslərinin yetişdirilməsi, Rübail Allahverdiyev ekoloji
patologiyaların öyrənilməsi Nazim Yusifov yem bitkilərinin biokimyasının və
səmərəliliyinin artırılması, Vaqif Novruzov, Zaur Hümbətov bitki örtüyünün
botaniki tərkibi və genefondunun, Elman Mövsümov ekoloji kimyanın
genetika ilə əlaqəsinin və qida kimyasının öyrənilməsi, Hasil Fətəliyev heyvan
və bitki mənşəli yeyinti məhsullarının genetik və keyfiyyət aspektlərinin,
genetik modifikasiya olunmuş məhsulların neqativ fəsadları, dosentlər
Firudin Qurbanov yeni qarğıdalı sortunun yetişdirilməsi, Nizami Seyidəliyev
pambıqçılıq sahəsində fundamental-tətbiqi və mühüm təsərrüfat
əhəmiyyətli
elmi axtarışlar apararaq uğurlu nəticələrə nail olmuşdur. Dərslik tərtib olunarkən
müəlliflər təbiətşünaslıq,
biologiya, təbabət, baytarlıq təbabəti,
tibbi biologiya,
genetika,
seleksiya,
mikrobiologiya,
virusologiya,
biotexnologiya
və
immunologiya elmlərininin inkişafında çox böyük,
misilsiz xidmətləri olan
klassik və müasir dünya və vətən alimlərinin, eləcə də onların xələflərinin elmi
irsi, yaradıcılıqları, keçdikləri şərəfli, çətin və mənalı
həyat yolu barədə
tələbələrə və oxuculara qısa və lakonik bioqrafik məlumat verməyi
məqsədəuyğun hesab etdi. Onların
elmi irsi gənclərimiz, oxucularımız və
gələcək nəsillər üçün nümunə və başlıca həyat amalı olmalıdır.
Dostları ilə paylaş: