Həsən bəy Zərdabi (1837-1907) Azərbaycanda təbiətşünaslıq, torpaqşünaslıq,
aqrokimya elminin, milli mətbuatımızın, teatr-
şünaslığımızın, ölkəmizdə torpaq islahatının
banisi, Moskva universitetinin fizika-riyaziyyat
fakültəsinin təbiətşünaslıq şöbəsini bitirmiş, ilk
Azərbaycan qəzeti «Əkinçi»nin təsisçisi və
redaktoru,
dahi
mütəfəkkir,
ensiklopedik
şəxsiyyət, millət fədaisi Həsən bəy Səlim bəy
oğlu Zərdabinin (Məlikovun) müstəsna xidmətləri
olmuşdur. Bu ensiklopedik alimin maarifçilik, fəlsəfə, biologiya, əkinçilik,
aqrokimya, torpaqşünaslıq, bitkiçilik, meyvəçilik, baytarlıq təbabəti, təbabət,
anatomiya,
fiziologiya,
meşəçilik, coğrafiya, astronomiya, geologiya,
paliontologiya, heyvandarlıq, quşçuluq, seleksiya, kimya, iqtisadiyyat və s.
elmləri bilməsi və nailiyyətləri onu təkcə Azərbaycanda deyil, həm də dünya
miqyasında tanıtdırmış və məşhurlaşdırmışdır.
«O, bizim mənəvi atamız idi» (M.Ə.Sabir). O, yaradıcısı olduğu «Əkinçi» qəzetində ilk dəfə olaraq ölkəmizin
heyvandarlarına yüksək məhsuldar qaramal, camış və qoyun cinsləri yaratmaq
məqsədilə süni seçmə üsulundan geniş istifadə etməyi tövsiyə etmişdir. Alim
görkəmli seleksiyaçı kimi, müəyyən etmişdir ki, yeni yüksək məhsuldar heyvan
cinslərinin yaradılması üçün süni seçmə zamanı əlamətlər nəsildən nəslə
verilərkən güclənir və yeni cinslər yaratmaq mümkün olur. H. Zərdabi irsiyyəti
təbiətşünaslıq elminin ən başlıca qanunu hesab etməklə onun bəzi qanunauy-
ğunluqlarının - düz istiqamətli, qayıtması dolayı (müəyyən amilin təsirindən
yaranan), dominant (hökmran, güclü) və resessiv (zəif) irsiyyət növlərinin-
mövcud olmasını şərh etmişdir. Alim hibridioloji üsulu (çarpazlaşdırmanı)
heyvandarlıqda süni seçmə aparılarkən ən səmərəli üsul kimi dəyərləndirərək
bəzi mütərəqqi fikirlər-damazlıq üçün yüksək məhsuldar yerli heyvan gene-
fondundan geniş istifadə olunması, yerli cır heyvanların yaxşılaşdırılması
məqsədilə xaricdən törədicilərin gətirilməsi-irəli sürmüş və onlara xüsusi önəm
verilməsini heyvandarlara məsləhət bilmişdir. O, «Heyvanların rəngi» adlı
əsərində heyvanların eksteryerinin (xarici əlamətlərinin) seçmə zamanı nəzərə
alınmasının xüsusi əhəmiyyətə malik olduğunu və onun nəzərə alınmasını, eləcə
də ekoloji amillərin roluna fikir verilməsini ən prioritet istiqamət kimi
dəyərləndirmişdir.
Zəmanəsinin elmi-təcrübi nailiyyətlərinə dərindən bələd olan materialist
alim "Əkinçi", "Kaspi", "Həyat" və s. qəzetlərdəki, "'Dəbistan" jurnalındakı
silsilə məqalələrində ailə-məişət qayğılarının asanlıqla, elmi qaydalarla aradan
qaldırıdmasından tutmuş təsərrüfatın müxtəlif sahələrini səmərəli üsullarla
inkişaf etdirməyədək çox şey barədə faydalı məsləhətlər verirdi. Bu yazılar bir
yerə toplanıb çap olunsa, qalın bir kitab alınar. Həsən bəy sonralar bu
fəaliyyətini sistemli şəkilə salaraq bir neçə elmi-kütləvi əsər də yazmış, onları
37
ayrıca kitabça şəklində xalqa çatdırmaq istəmişdi. "