Fяxrяddиn mustafayev



Yüklə 136,1 Kb.
Pdf görüntüsü
səhifə45/207
tarix24.12.2023
ölçüsü136,1 Kb.
#192395
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   207
N 349

Əliyev Həsən Əlirza oğlu
(1907-1993) 
 
Dünya şöhrətli korifey alim, Azərbaycanda 
ekologiya elminin banisi, akademik Həsən 
Əlirza oğlu Əliyevin ölkəmizin milli, endemik 
flora və fauna növlərinin öyrənilməsində və 
onların genefondunun qorunub saxlanması 
sahəsində müqayisə olunmaz dərəcədə və misil-
siz xidmətləri olmuşdur. H.Əliyev olduqca 
zəngin, yaradıcı, səmərəli və məzmunlu ömrü-
nün sonunadək milli flora və faunamızın genetik 
fondunun saxlanmasının ən sadiq və zəhmətkeş 
keşikçisi olmuş, təbiətin mühafizəsi sahəsində olduqca geniş diapozonlu elmi-
tədqiqat işləri aparmış və böyük alimlər ordusunun yaranmasında misilsiz 
xidmətlər göstərmişdir. O,
 
1907-ci ildə Zəngəzur qəzasının Comərdli kəndində 
anadan olmuş, Azərbaycan Dövlət Aqrar Universitetinin ona şərəf gətirən ilk 
məzunlardandır. H.Əliyevin həyatının ilk dövrü Gəncə ilə bağlıdır, 11 yaşında 
Gəncədə Şah Abbas məscidinin həyətindəki məktəbdə 5-ci sinifdə oxumuş, 
sonra ADAU-nun aqronomluq fakültəsində təhsil almış, burada işləmiş və elmi 
fəaliyyətlə məşğul olmuşdur. Akademik, Əməkdar Elm Xadimi H.Əliyevin 
həyatı, onun çoxşaxəli elmi fəaliyyəti ekologiya, torpaqşünaslıq, təbiəti 
mühafizə, coğrafiya, biologiya üzrə müxtəlif məsələlərin həllinə həsr edilmişdir. 
H.Əliyev 500-dən artıq elmi əsərin, o cümlədən bir çox monoqrafiyanın, 
―Həyəcan təbili‖, «Təbiətin keşiyində» və s. adlı monoqrafik əsərin və yüzlərlə 
elmi-kütləvi məqalənin müəllifidir. Azərbaycanın təbii ehtiyatlarından səmərəli 
istifadə sahəsində kompleks işlər silsiləsinə görə H.Əliyev Dövlət Mükafatına 
layiq görülmüşdür. H.Əliyev Azərbaycan KP MK-nın katibi işləmiş, Coğrafiya 
və Botanika İnstitutuna və bir sıra elm müəssisələrə başçılıq etmişdir. H.Əliye-
vin təşəbbüsü ilə 1963-cü ildə Respublika Təbiəti Mühafizə Cəmiyyəti yarandı. 
Onun 1975-ci ildə yaratdığı və baş redaktoru olduğu ―Azərbaycan təbiəti‖ elmi-
kütləvi jurnalı xalqın ekoloji təfəkkürünün genişlənməsi, ətraf mühitin 
mühafizəsində fəal iştirakı, təbii ehtiyatların qorunması və bərpası sahəsində 
geniş elmi və təbliğat işləri aparırdı. Akademik H.Əliyevin adını daşıyan 
ADAU-nun ekologiya mühəndisliyi və meşəçilik kafedrasının nəzdində ekolo-
giya və meşəçilik muzeyi fəaliyyət göstərir, H.Əliyev adına əlaçı tələbə üçün 
adlı təqaüd də təsis edilmişdir. Gəncədə H.Əliyevin adını daşıyan küçədə vaxtı 
ilə onun yaşadığı binaya xatirə lövhəsi və barelyefi vurulmuşdur. 


39 

Yüklə 136,1 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin