Fяxrяddиn mustafayev


Sadıqov Mirza Hiiseyn oğlu



Yüklə 136,1 Kb.
Pdf görüntüsü
səhifə47/207
tarix24.12.2023
ölçüsü136,1 Kb.
#192395
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   207
N 349

Sadıqov Mirza Hiiseyn oğlu
(1896-1970) 
 
Ölkəmizdə zootexniya elminin inkişafında 
böyük rolu olmuş, qoyunçuluq şahəsində tanınmış 
seleksiyaçı alimlərimizdən biri də akademik Mirzə 
Hüseyn oğlu Sadıqov olmuşdur. 1935-ci 1947-ci 
illərdə M.Sadıqovun akademik F.Məlikovla birlikdə 
Gədəbəy rayonunda zərif yunlu merinos qoyunların 
Dövlət Damazlıq Ocağı təşkil edilmişdir. O, burada 
seleksiya 
damazlıq 
işlərinin planının tərtib 
olunmasına, Azərbaycan Elmi-Tədqiqat Zootexniki 
təcrübə stansiyasının dayaq məntəqəsinin apardığı elmi-tədqiqat işlərinə 
rəhbərlik etmişdir. M.Sadıqovun gərgin əməyi nəticəsində 1947-ci ildə Gədəbəy 
dağ merinosu cinsinin yaradılması işi başa çatdı və təsdiq edildi. Beləliklə
Gədəbəy zərifyunlu qoyun cinsində yerli yaşayış şəraitinə yüksək səviyyədə 
davamlılıq təmin edildi. Həmin cinsin yaradılmasının üsulu və genetik aspektləri 
M.Sadıqovun adı ilə bağlıdır. Bu cinsin yaradılmasında əsas müəlliflərdən biri 
kimi o, SSRİ Dövlət mükafatı laureatı adına layiq görülmüşdür. O, 1953-cü ildə 
doktorluq dissertasiyasını müdafiə edərək kənd təsərrüfatı elmləri doktoru 
alimlik dərəcəsi, həmin ildə də professor elmi adını almış, 1955-1957-ci illərdə 
Dağıstan Kənd Təsərrüfatı İnstitutunun «Xüsusi zootexniya» kafedrasının 
müdiri vəzifəsində çalışmışdır.
Mustafayev Ġmam DaĢdəmir oğlu 
(1910-1997) 
Ölkəmizdə taxılçılıq sahəsində seleksiya işlərinin 
aparılmasında, yeni sortların yaradılmasında, onların 
genetik 
xüsusiyyətlərinin 
və 
genefondunun 
öyrənilməsində korifey alimimiz, akademik İ.D.Mus-
tafayevin misilsiz xidmətləri olmuşdur. O, elmi 
fəaliyyətinin səmərəsinə və bu sahədəki nailiyyətlərinə 
görə 1950-ci ildə AMEA-nın həqiqi üzvü seçilmişdir. 
İ. Mustafayev 1940-1954-cü illərdə Azərbaycan 
Dövlət Nəzarət Komissiyası sədrinin, Azərbaycan Xalq Torpaq Komissarının 1-
ci müavini, Azərbaycan SSR Kənd Təsərrüfatı Naziri, Gəncə Vilayət Partiya 
Komitəsinin 1-ci katibi, Azərbaycan KP MK-nın katibi, 1954-1959-cu illərdə isə 
onun 1-ci katibi olmuşdur. Onun təşəbbüsü ilə 1950-ci ildə Azərbaycan Elmi 
Tədqiqat Əkinçilik və AMEA-nın Genetika və Seleksiya İnstitutları yaradılmış, 
1954-cü ildən ömrünün sonuna qədər Genetika və Seleksiya İnstitutunda şöbə 
müdiri və direktor işləmişdir. İ.Mustafayevin elmi-tədqiqat işləri yerli buğda, 
arpa, çovdar və egilopsların toplanması və onların genetik, seleksiya və 
təsərrüfat 
xüsusiyyətlərinin 
öyrənilməsinə, yeni məhsuldar sortların 


41 
yaradılmasmına həsr olunmuşdur. Seleksiya və hibrid materiallarının ekoloji 
zonal yoxlanması üsulları da ilk dəfə İ.Mustafayev tərəfindən işlənib 
hazırlanmışdır. O, bir sıra bol məhsul verən yüksək keyfiyyətli buğda sortları – 
"Sevinc", "Cəfəri", "Zoğal buğda", "Turanikum-186", "Turgidum-7", "Qızıl 
bugda", "Bol bugda", "Arzu" və s. yaratmışdır. Alim bir sıra elmi əsərlərin, o 
cümlədən 6 monoqrafiyanın müəllifidir, SSRİ və Azərbaycan SSR Ali Sovetinin 
deputatı olmuşdur. Elmi yaradıcılıq fəaliyyətinə görə N.İ.Vavilov adına qızıl 
medal, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin 3 böyük qızıl medalı, "Qırmızı 
Əmək Bayrağı", "Şərəf nişanı" ordenləri ilə təltif edilmişdir. 

Yüklə 136,1 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin