Fяxrяddиn mustafayev



Yüklə 136,1 Kb.
Pdf görüntüsü
səhifə55/207
tarix24.12.2023
ölçüsü136,1 Kb.
#192395
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   207
N 349

 
 
Hacıyev Yaqub Hüseyn oğlu
(1929-2009) 
 
Ölkəmizdə baytarlıq təbabəti elminin inki-
şafında akademik Y.H.Hacıyevin çox böyük 
xidmətləri olmuşdur. O, 1946-cı ildə ADAU-
nun baytarlıq təbabəti fakültəsinə daxil olmuş 
1949-cu 
ildə 
Sankt-Peterburq 
Baytarlıq 
İnstitutuna köçürülərək, 1951-ci ildə burada ali 
təhsilini uğurla başa vurmuş, 1957-ci ildə 
Moskvada 
Skryabin 
adına 
Ümumittifaq 
Helmintologiya 
İnstitutunun aspiranturasını 
bitirmişdir. Y. Hacıyev əmək fəaliyyətinə 
Zaqatala Kənd Təsərrüfatı texnikumunda müəllim kimi başlamış, 1951-1952-ci 
illərdə Şəmkir rayonu mərkəzi baytarlıq müalicəxanasında baytar həkimi 
işləmişdir. O, 1952-1956-cı illərdə Azərbaycan Elmi-Tədqiqat Baytarlıq Təcrübə 
Stansiyasının Naxçıvan dayaq məntəqəsində kiçik elmi işçi, 1956-1958-ci illərdə 
Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunun Naxçıvan Kənd Təsərrüfatı 
Zona təcrübə stansiyasında baytarlıq şöbəsinin müdiri, 1958-1959-cu ıllərdə 
Azərbaycan 
Kənd 
Təsərrüfatı 
Nazirliyinin 
Respublika 
Baytarlıq 
Laboratoriyasında baş baytar həkimi vəzifələrində çalışmışdır. Alimin elmi 
fəaliyyəti 1959-cu ildən etibarən Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutu 
ilə bağlı olmuşdur. O, 1959-1968-ci illərdə bu institutda müxtəlif vəzifələrdə 
çalışmış, 1968-ci ildən ömrünün sonuna qədər burada laboratoriya müdiri 


49 
işləmişdir, 1957-ci il-də namizədlik və 1968-ci ildə doktorluq dissertasiyalarını 
müdafiə etmiş, 1972-ci ildə professor elmi adını almışdır. O. 1972-ci ildə 
Ümumittifaq Kənd Təsərrüfatı Elmləri Akademiyasının müxbir üzvü seçilərək 
akademiyanın heyvandarlıq və baytarlıq üzrə Zaqafqaziya bölməsinin sədri 
vəzifəsini tutmuş, 1991-ci ildə isə akademiyanın həqiqi üzvü seçilmişdir. Y. 
Hacıyev 2001 -ci ildən AMEA-nın həqiqi üzvü idi. Onun elmi tədqiqatlarının 
başlıca istiqaməti baytarlıq helmintologiyası ilə bağlıdır. O, təbiətdə və heyvan 
orqanizmində mikroelementlərin miqdarından asılı olaraq, helmintozların 
yayılma qanunauyğunluğunu öyrənmiş və ən geniş yayılmış helmintozlara qarşı 
müalicə-profilaktika tədbirləri hazırlamış, onların tətbiqini təşkil etmişdir. 
Y.Hacıyev helmintozlara qarşı orqanizmin müqavimətinin artırılmasi və terapiya 
məqsədi ilə mikroelementlərin tətbiqinin elmi əsaslarını işləmişdir. Onun bu 
istiqamətdə aldığı nəticələr mütəxəssislər tərəfindən yüksək qiymətləndirilərək 
onların keçmiş Sovetlər İttifaqının cənub regionlarında istifadəsi tövsiyə 
edilmişdir. Alim 20-dən artıq dərman bitkilərinin xassələrini araşdırmış, bəzi 
bitkilərin helmintozlara qarşı işlədilməsinə dair səmərəli təkliflər irəli 
sürmüşdür. Onun respublika şəraitində normativ sənəd kimi istifadə üçün nəşr 
etdirdiyi təlimatlar toplusundan baytarlıq idarələrində və tədris müəssisələrində 
geniş 
istifadə 
edilməkdədir. 
Azərbaycanda 
helmintoloqlar 
məktəbinin 
yaradıcılarından biri olan Y.Hacıyevin yüksək ixtisaslı kadr hazırlığı işində 
böyük xidmətləri olmuş və onun rəhbərliyi ilə onlarca namizədlik dissertasiyası 
müdafiə olunmuşdur. Alimin tədqiqatları 180-dək elmi əsərdə, o cümlədən 10 
kitabda öz əksini tapmışdır. O, "Azərbaycan aqrar elmi" jurnalının baş redaktoru 
idi. Yaqub Hacıyev baytarlıq üzrə bir çox mötəbər beynəlxalq konfrans və 
simpoziumlardakı çıxışları ilə Azərbaycan eimini layiqincə təmsil etmişdir. 
Alimin xidmətləri yüksək qiymətləndirilmiş, o, bir sıra fəxri adlara layiq 
görülmüş, orden və mükafatlarla təltif edilmişdir. 

Yüklə 136,1 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin