48
(qaz və ördəkdə) 46 helmint növü, o cümlədən elm üçün 10 yeni növ, ördəklərdə 38,
qazlarda 25 növ müəyyən etmişdir ki, onlardan da 13-ü keçmiş SSRİ-də, 39 növü isə
Azərbaycanda ilk dəfə olaraq qeydə alınmışdır. Alim 1971-ci ildə Moskvada keçirilən
Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin bürünc medalına və fəxri diplomuna layiq
görülmüşdür. O, SSRİ-də ilk dəfə neft tullantıları yə neft-kimya sintezi məhsullarının
baytarlıqda və heyvandarlıqda istifadə etmək üçün öyrənilməsinə dair yaranmış
problemin öyrənilməsinin vacibliyini sübut etmiş, 35 ildən çox qeyd olunan problemin
öyrənilməsi ilə məşğul olmuş və bir elmi məktəb yaratmışdır. N.Şirinov 6 müəlliflik
şəhadətnaməsinin, 175
elmi əsərin, 2 monoqrafiyanın, 3 kitabın, 4 kitabçanın
müəllifidir. Onun əsərlərindən 4-ü Polşa, Bolqarıstan və Macarıstanda dərc edilmiş,
tərtib etdiyi "Baytarlıqda neft mənşəli preparatlar" monoqrafiyası isə 1970-ci ildə
Moskvada "Kolos" nəşriyyatı tərəfindən buraxılmışdır. O, 1981-ci ildə «Şərəf nişanı»
ordeni ilə təltif edilmiş, 1990-cı ildə ona Azərbaycan Respublikasının dövlət mükafatı
laureatı adı verilmiş, 2001-ci ildə elmin inkişafında yüksək əməyinə görə Ümumittifaq
Kənd Təsərrüfatı Elmləri Akademiyasının akademikləri K.İ.Skryabin və N.S.
Vışelesskinin 100 illiklərinə həsr edilmiş xatirə medalları ilə təltif edilmişdir. N.
Şirinov Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutunda direktor olduğu 34 il
müddətdə 11 elmlər doktoru, 62 elmlər namizədi hazırlamışdır.
Dostları ilə paylaş: