Fяxrяddиn mustafayev


Musayev Musa Əbdürəhman oğlu



Yüklə 136,1 Kb.
Pdf görüntüsü
səhifə52/207
tarix24.12.2023
ölçüsü136,1 Kb.
#192395
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   207
N 349

Musayev Musa Əbdürəhman oğlu
(1921-2010) 
 
Baytarlıq təbabəti, zoologiya və parazitologiya 
elmilərinin inkişafında tanınmış akademik Musa 
Əbdürəhman oğlu Musayevin xidmətləri olduqca 
təqdirəlayiqdir. O, ADAU-nun baytarlıq təbabəti 
fakültəsini bitirmişdir. 1959-cu ildən Azərbaycan 
MEA-nın müxbir üzvü, 1967-ci ildə isə həqiqi üzvü 
seçilmişdir. M.Musayev 350-dən çox elmi əsərin, o 
cümlədən, onlarla dərslik, dərs vəsaiti, 10 
müəlliflik şıhadətnaməsi və patentin müəllifidir. 
Alim 
1976-1001-ci 
illərdə 
SSRİ 
Elmlər 
Akademiyası nəzdində Ümumittifaq Protozooloqlar 
Cəmiyyətinin vitse-prezidenti, 1967-1988-ci illərdə «Parazitologiya» jurnalının 
redaksiya heyətinin üzvü, Ukrayna Parazitoloqlar Cəmiyyətinin fəxri üzvü 
seçilmiş, 1991-ci ildə Azərbaycan SSR Dövlət mükafatına, 1996-cı ildə Həsən 
Əliyev adına «Ekologiya sahəsindəki nailiyyətlərə görə» medala və mükafatlara 
layiq görülmüşdür. Baytarlıq elmləri doktoru, professor M.Musayev Azərbaycan 
Milli Elmlər Akademiyasının Biologiya elmləri bölməsinin akademik-katibi, 
AMEA Zoologiya İnstitutunun direktoru olmuşdur. Onun rəhbərliyi ilə çoxlu 
sayda elmlər namizədi və doktorları hazırlanmışdır. 
 
 
Qarayev Abdulla Ġsmayıl oğlu
 (1910-1968) 
Azərbaycan fiziologiya elminin banisi, tibb 
elmləri doktoru, akademik, Əməkdar Elm Xadimi 
Abdulla İsmayıl oğlu Qarayevin milli elmimizin 
inkişafında çox böyük xidmətləri olmuşdur. O, 
ölkəmizdə eksperimental fiziologiya laboratoriya-
sının ilk təşkilatçısı olmaqla onun əsas elmi 
tədqiqatları bioelektrik hadisələri, orqanizmin 
mütəhərrik karbohidrat deposu, subliminal qıcıq-
ların dekrementli ötürülməsi, Naftalan neftinin 
müalicəvi təsir mexanizmi və interoseptik mübadilə reflekslərinin öyrənilməsinə 
həsr edilmişdir. Naftalan neftində boy maddəsini də fizioloji tədqiqatlarda o, 
tətbiq etmişdir. A.Qarayev AKP MK-nin üzvü (1962-64), BDU-nun rektoru 
(1944-50), AMEA-nın biologiya və kənd təsərrüfatı bölməsinin akademik katibi 
(1952-56), Ali və Orta İxtisas Təhsili Komitəsinin sədri (1961-63), AMEA-nın 
Fiziologiya bölməsinin rəhbəri və Fiziologiya İnstitutunun direktoru (1953-68), 
İ.P.Pavlov adına Ümumittifaq Fizioloqlar Cəmiyyəti Azərbaycan bölməsinin 
sədri (1951-68) vəzifələrində çalışmışdır. Alim 15-ci (Sankt-Peterburq, 1935 , 


46 
21-ci (Buenos-Ayres, 1959), 22-ci (Leyden, 1962), 23-cü (Tokio, 1965) 
Beynəlxalq fizioloqlar konqresində iştirak etmişdir. Onun ―Analizatorların 
fiziologiyası‖ (1947), ―Mərkəzi sinir sisteminin fiziologiyası‖ (1951), 
―Faqosifozun fiziologiyası‖ (1960), ―Boş beyin süfununun torabənzər törəmələri 
və vegetativ funksiyaları‖ (1965), ―Sulukarbonlar mübadiləsinin hipotermiya 
şəraitində vəziyyəti‖ (1967), ―İnteroreseptorlar və maddələr mübadiləsi‖ (1965, 
rus dilində) və s. əsərləri nəzəri və praktiki cəhətdən çox qiymətli əsərlər sayılır. 
A.Qarayev Lenin ordeni, 3 dəfə Qırmızı Əmək Bayrağı ordeni, Qırmızı Ulduz 
ordeni və medallarla təltif edilmişdir. Onun rəhbərliyi ilə çoxlu sayda elmlər 
namizədləri və doktorları hazırlanmışdır. 

Yüklə 136,1 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin