Fяxrяddиn mustafayev



Yüklə 136,1 Kb.
Pdf görüntüsü
səhifə39/207
tarix24.12.2023
ölçüsü136,1 Kb.
#192395
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   207
N 349

Lui Paster
(1822-1895) 
Dünyada mikrobiologiya elminin əsasını qoyan, 
dünya şöhrətli məşhur fransız alimi, akademik Jan 
Jozef Lui Paster ilk elmi tədqiqatlarını kimya və 
kristalloqrafiya elmlərinin bəzi məsələlərinin öyrə-
nilməsinə həsr etməsinə baxmayaraq, sonralar 
qıcqırma prosesinin mexanizminin və mikroorqa-
nizmlərin dəyişkənliyinin aşkar olunması və mikro-
bioloji proseslərin öyrənilməsi ilə məşğul olmuşdur. 
Alim o zamanlar Y.Libixin hökmran olan spirtli qıcqırma təlimini təkzib edərək 
sübut etmişdir ki, bu kimyəvi deyil, bioloji proses olub, yalnız maya 
göbələklərinin inkişafı nəticəsində yaranır (1857). O, həm də yağturşulu 
qıcqırmanı-anaerobioz prosesini (mikroorqanizmlərin oksigensiz-anaerob 
şəraitdə inkişafını) kəşf etmişdir. Lui Paster 1865-ci ildə çaxırın xarab olmasının 
qarşısını almaq üçün ilk dəfə olaraq pasterizasiya üsulunu təklif etmiş, sonralar 
isə mikroorqanimzlərin spesifikliyinin – epizootologiya və epidemiologiyasının 
öyrənilməsinin əsasını qoymuşdur. Alim həm də ipəkqurdlarının nebrina, 
flyaseriya epizootiyasının xarakterik xüsusiyyətlərini ətraflı öyrənmiş, onların 
ləğv edilməsi tədbirlərini hazırlamış (1870), virusların və mikroorqanizmlərin 
attenuasiyasını (laboratoriya heyvanlarının orqanizmindən passaj etdikdə onların 
xassələrinin, xüsusilə virulentlik, patogenlik və imunogenliyinin dəyişilmə 
dinamikasını) kəşf etmiş, qoruyucu peyvəndlər üçün (qarayaraya, quduzluğa, 
donuzların qızıl yelinə, quşların pasterellyozuna qarşı) vaksinlər hazırlamışdır. 
O, heyvanların qarayara ilə yoluxmasının əsas səbəbinin onun sporlarının həzm 
traktina düşməsi olmasını eksperimental olaraq sübut etmişdir. L.Pasterin 
təşəbbüsü ilə 1888-ci ildə Paster İnstitutu yaradılmış və alimin özü onun ilk 
direktoru olmuş, dövrün məşhur rus alimlərini də (İ.İ.Meçnikov, İ.F. Qamaleya, 
B.L. Jakimov, M.İ.Romanoviç, D.S. Rujensev, A.A.Rayevski, L.S. Senkovski, 
İ.İ.Sueviç və b.) həmin institutda işləməyə dəvət etmiş və onlarla birgə elmi-
tədqiqatlar aparmış, elmi əməkdaşlıq nəticəsində çox böyük uğurlu axtarışlara 
nail olmuşdur. 
Dəri emalçısının 13 yaşlı oğlu L.Paster portretləri çəkməsi və məktəbdə 
günəş saatı düzəltməsi (həmin saat bu gün də məktəbdə saxlanılır) ilə hamını 
heyran etmiş, 27 yaşında Strasburq universitetinin professoru və 32 yaşında Lul 
universitetinin təbiətşünaslıq-tarix fakültəsinin dekanı olmuşdur. Həmin illərdə 
qızı Jannanın tifdən vəfat etməsi onu çox sarsıdır və mikrobiologiyaya marağını 
daha da artırır. 6 iyul 1885-ci il dünya təbabəti tarixinə L.Pasterin tarixi kəşfi ilə 
daxil olur. Quduz itin 14 diş yarasına məruz qalmış 9 yaşlı İosef Meysterin anası 
təbiblərin məsləhəti ilə Pasterə müraciət etmiş, hazırladığı vaksini həmin 
xəstənin üzərində ilk dəfə sınaqdan keçirmiş və nəticədə uşaq tamamilə 
sağalmışdır. Onun hazırladığı həmin vaksin sonralar dünya miqyasında tətbiq 
edilməyə başlamışdır. Tibbi həkimlərin «həkimlərin hansısa kimyaçının 


33 
məsləhətinə ehtiyacı yoxdur» deməsinə baxmayaraq, L.Paster öz tədqiqatlarını 
uğurla davam etdirmişdir. Alimin dostları ona kömək məqsədilə «fəxri hər aylıq 
təqaüd» təsis etmiş və ailəsinə müvafiq köməklik göstərmişlər. Olduqca gərgin 
iş rejimi 1868-ci ildə onun beyin insulti və sol tərəfinin iflic olması ilə 
nəticələnmişdir. Alimə gələn məktubların birində ünvan əvəzinə bu sözlər 
yazılıb: 

Yüklə 136,1 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin