Fяxrяddиn mustafayev



Yüklə 136,1 Kb.
Pdf görüntüsü
səhifə32/207
tarix24.12.2023
ölçüsü136,1 Kb.
#192395
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   207
N 349

Monosom üsulu
– genlərin yerləşdiyi xromosomu və onların xromosomda 
yerləşdiyi yeri təyin etmək məqsədilə istifadə olunur. 
Modelləşdirmə üsulu
– başlıca olaraq molekulyar biologiyada, gen mühən-
disliyində və biotexnologiyada geniş istifadə edilən müasir üsuldur. Bu zaman 
populyasiyalarda kəmiyyət (miqdar) əlamətlərinin nəsildən nəsilə keçməsini və 
aparılan seleksiya işlərində istifadə olunan üsulların səmərəliliyini müəyyən 
etmək məqsədilə kompyüter proqramlarından və internet şəbəkəsindən istifadə 
olunur. 
1.3. Genetika elminin inkiĢaf tarixi 
 
Başqa elmlərə nisbətən genetikanın tarixi o qədər də qədim deyildir. XVIII-
əsrin ortalarında alman alimi İ.Kelreyter 54 növ bitki hibridləri üzərində təcrübə 
aparan zaman onlarda müxtəlif cinslilik və əlamətlərin nəslə keçməsinin bəzi 
qanunauyğunluqlarını aşkar etmişdir. Alman alimi A.Qartner, fransız alimləri 
O.Sajre və Ş.Noden, ingilis alimi Q.Nayt bitkilərdə növlərarası və növdaxili 
çarpazlaşma apardıqda əlamət və xassələrin kompleks formada nəslə keçməsi 
barədə məlumat versələr də, ayrı-ayrı əlamətlərin valideynlərdən onların törəmə-
lərinə keçməsini nəzərə almamışlar. Lakin Çarliz Darvin (1809-1882) «Növlərin 
mənşəyi» və s. əsərlərində ilk dəfə olaraq irsiyyət və dəyişkənliyi öyrənən bütün 
alimlərin aldığı nəticələri ümumiləşdirərək hər iki hadisənin təbii seçmənin və 
təkamülün hərəkətverici amili olmalarını elmi əsaslarla sübut etmişdir. Lakin bu 
elmin əsas banisi çex alimi İohan Qreqor Mendel olmuşdur. Genetika elminin 
inkişafında 
aşağıdakı əsas mərhələlər
ayırd edilir: 
– 
1900-1912-ci illəri əhatə edən birinci mərhələ
genetikanın klassik 
mərhələsi adlanmaqla, əsasən Q.Mendelin noxud bitkisi üzərində apardığı 
fundamental təcrübələrlə əlamətlərin nəsildən nəsilə keçməsi və onların növ-
bələşməsinin sübut olunması ilə səciyyələnir. Bu dövrdə Danimarka alimi 
Vilhelm Lyudviq İohansen (1857-1927) 

Yüklə 136,1 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin