Fяxrяddиn mustafayev



Yüklə 136,1 Kb.
Pdf görüntüsü
səhifə28/207
tarix24.12.2023
ölçüsü136,1 Kb.
#192395
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   207
N 349

(Məhəmməd Füzuli) 
Gənclərimiz təbabətin və baytarlıq təbabətinin bazasını təşkil edən genetika 
elminin böyük perspektivə malik bioloji elm sahəsi olduğunu nəzərə alıb, 
sələflərimiz olan korifey alimlərimizin
elmi irsində boşluğun yaranmasına yol 
verməməli və onların 
davamçıları olmalıdır. Genetika olduqca çətin, mü-
rəkkəb, fundamental, zəngin, lakin perspektivli və maraqlı elm sahəsidir. 
Gənclərimiz onun çətinliklərindən qorxmamalı və korifey alimlərimizdən sonra 
yaranan böyük bir yarğanın əmələ gəlməsinin qarşısını almalı və onunla ciddi 
mübarizə aparmalıdır. 
Bu boşluq artıq yaranıb, onun radiusu və diapozonu isə 
get-gedə daha da dərinləşir, genişlənir və keçilməz sədd yaradır.
Bu isə milli 
elmimizin inkişafı, tərəqqisi üçün ciddi maneçilik törədə bilər. Çünki ölkəmiz 
hazırda insan həyatının bütün sferalarında dünya ölkələri arasında çox böyük və 
dinamik sürətlə inkişaf edən bir ölkəyə çevrilib. Milli elmimizin bütün sahələri, 
o cümlədən genetika elmi də bu inkişafın axınına qoşulmalı, ölkəmizin ümumi, 
davamlı və dayanıqlı inkişafı ilə uzlaşmalı və həmahəng olmalıdır. Dünya 
şöhrətli, dahi filosof 
K.Marks
yazmışdır: 
«Elmdə şahraq yol yoxdur. Bu yol daşlı-kəsəkli, tikanlı-kollu, enişli-yoxuşlu, 
dərəli-təpəli, nahamar, çətin bir yoldur. Ancaq bu yol özü üçün, gec-tez mütləq bir 
çıxış yolu, hamar cığır tapacaqdır». «Elm və tərəqqinin ən xarakterik cəhəti bizim 
dünyagörüşümüzə tədricən yeni-yeni sahələr və üfüqlər bəxş etməsidir» (Lui Paster).
Əminliyimizi, məmnuniyyətlə bildiririk ki, tezliklə ölkəmizdə gənclərdən ibarət olduqca 
böyük bir genetiklər ordusu yetişəcək və beləliklə də elmimizdə boşluğun, fasilənin 
qarşısı mütləq alınacaqdır. Müəlliflər isə böyük məmnunluq və nikbinlik hissi ilə 
genetiklərdən ibarət gənc alimlər ordusuna yalnız və yalnız uğurlar, yeni elmi kəşflər 
arzulayır. Elmi estafet və söz indi onlara verilir, vətənpərvərlik estafeti də məhz onlara 
xas olan xüsusiyyətlər kimi dəyərləndirilir. 

Yüklə 136,1 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin