Fяxrяddиn mustafayev


saf tərbiyələndirmək məsələsi mühüm yer tutmalıdır»



Yüklə 136,1 Kb.
Pdf görüntüsü
səhifə30/207
tarix24.12.2023
ölçüsü136,1 Kb.
#192395
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   207
N 349

saf tərbiyələndirmək məsələsi mühüm yer tutmalıdır». 
(Heydər Əliyev) 
 
«Ən böyük resursumuz insanların biliyidir, təhsilidir». 
(İlham Əliyev) 
 
 
1.2. Genetikanın üsulları 
 
İrsiyyət və dəyişkənliyin molekulyar, submolekulyar, hüceyrə, orqanizm, 
mikroorqnizm və populyasiyalar səviyyəsində öyrənilməsi üçün aşağıdakı əsas 
üsullardan istifadə olunur: 
Hibridoloji üsul
– genetikanın əsas üsulu olub, orqanizmin irsi əlamət və 
xassələrini öyrənmək üçün çarpazlaşma sisteminə istinad olunmasına əsaslanır. 
Bu üsulla əvvəlcədən seçilmiş, bir-birindən bir neçə alternativ əlamət və 
xassələrə görə fərqlənən fərdlərin (valideynlərin) çarpazlaşmasından alınan 
törəmələr öyrənilir. Rekombinativ üsul adlanan həmin üsul birinci, ikinci, 
üçüncü və sonrakı nəsillərdə alınan hibridlər müfəssəl analiz olunmaqla, bu 
zaman krossinqover hadisəsinə müvafiq olaraq birinci meyozun profaza 


26 
mərhələsində xromosomların xromatidləri arasında homoloji hissələrin mübadilə 
olunma prosesi gedir. Bu üsul ilk dəfə olaraq Qreqor Mendel tərəfindən (1856-
1863) noxud bitkisində əlamətlərin nəsildən nəsilə keçməsini öyrənmək 
məqsədilə tətbiq edilməklə, hazırda bitki və heyvanların seleksiyası işlərində 
geniş istifadə olunan başlıca hökmran üsul sayılır. 
Geneoloji üsul
– əlamətlərin nəsildən nəslə ötürülməsinin və irsi xəstəliklə-
rin qanunauyğunluqlarının öyrənilməsi üçün qohumluğa və genetik yaxınlığa 
istinad olunmasından ibarətdir. Bu üsuldan əsasən insanın və tədricən nəsil 
verən heyvanların irsiyyətinin öyrənilməsində istifadə olunur və hibridoloji 
üsulun bir variantı sayılır. 
Sitogenetik (sitoloji) üsul
– xromosomların quruluşunu, replikasiyasını, 
funksiyasını, miqdarının dəyişilməsini öyrənmək üçün tətbiq edilir. Sitogenetika 
üsulla xromosomların quruluşunun pozulması və onların sayının dəyişilməsi ilə 
əlaqədar olan müxtəlif xəstəliklər və anomaliyalar öyrənilir. Bu üsulda əsas 
təcrübə obyekti kimi bitki, heyvan hüceyrələrindən, virus və mik-
roorqanizmlərdən istifadə olunur. Hazırda sınaq şüşələrində somatik hüceyrələri 
süni qida mühitlərində (in vivo) yetişdirməklə onların çoxaldılması 
istiqamətində elmi axtarışlar aparılır. Bu zaman xromosomların və DNT-nin 
daşıyıcılarının-orqanoidlərin (ribosomlar, mitoxondrlər, plazmidlər və plastidlər) 
öyrənilməsinə önəm verilir. 

Yüklə 136,1 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin