Baytarlıq təbabəti genetikasının əsas müddəalarını bilmədən heç bir patologiya ilə mübarizə aparmaq, onun qarşısını almaq qeyri-mümkündür. Yüksək ixtisaslı, səriştəli həkim olmaq üçün baytarlıq təbabəti genetikası elmini, onun başlıca qanunauyğunluqlarını və prinsiplərini dərindən, mükəmməl və ətraflı öyrənmək lazımdır. Əks təqdirdə məşhur Hippokrat andına sadiq qalmaq qeyri-mümkündür . Həkim
bilməlidir ki, bütün xəstəliklər, patologiyalar məhz hüceyrə səviyyəsində baş
verir, hər bir dəyişikliyin əsasını genetik amillərin (xromosomlar, genlər) arxi-
tektonikasının normal strukturunun pozulması, mutagenezə uğraması və modi-
fikasiyası təşkil edir. Atalar sözümüzdə çox qiymətli və müdrik bir kəlam vardır:
«Nə var dövlət, nə də şan şöhrət insanı xoşbəxt edə bilməz. Yalnız sağlamlıq insanın ən böyük sərvəti və xoşbəxtliyidir». Sağlamlığın rəhni isə təmiz torpaq, su, hava və ekoloji cəhətdən saf və keyfiyyətli yeyinti məhsullarıdır. «Qafqaz dünyanın zəngin təbiət muzeyidir. Onun bir parçası olan Azərbaycan misilsiz gözəlliklər diyarıdır. Burada Yerin altı tükənməz xəzinə, üstü isə canlı muzeydir» (akademik Həsən Əliyev). «İşdə Qafqaz… səfalı bir məna.
Allah-Allah nədir bu abi-hava?
Nə qədər şairanə bir xilqət
Yerə enmişdir adətən cənnət»
(Hüseyn Cavid) Əlbəttə, bu canlı muzeyin ən qiymətli bioloji varlığı insandır, xalqımızdır.
Tibb və baytarlıq təbabəti həkimləri isə bu canlı muzeyin ən başlıca qoruyucusu və
keşikçisi olmalı, dahi Hippokratın tarixi və bəşəri andına sadiq qalmalıdır. Dahi
filosof şairimiz N.Gəncəvi məşhur «Xəmsə»-sində
təbabəti yalnız insan sağlamlığı kimi deyil, bütün bəĢəriyyətin sağlamlığı kimi təsvir etmiĢdir. Dahi
M.Füzuli də təbabətə analoji mövqedən yanaşmışdır.
«Yoxdu bu rüsvalığın dərdinə dərman, ey təbib,
Eyləmə rüsvay özün, həm qəlbimi qan, ey təbib!
Olmaq istərsən əgər asudə qoy rahət məni,
Dərdimin yox çarəsinə çünki imkan, ey təbib!
24
Sən qan almaqla yəqin bir fayda verməzsən cana,
Şövqi-ləlin gəl çıxar mümkünsə candan, ey təbib!
Məqsədim açmaq deyildi dərdimi əsla sənə,
İstədim pünhan edim, səndən nə pünhan, ey təbib!»