ŞƏhla məHƏMMƏd qizi rzayeva leyla zakir qizi əLİyeva



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/253
tarix25.12.2023
ölçüsü2,8 Kb.
#194480
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   253
Rzayeva.-qtisadi-fikir-tarixi

Fiziokratlar cərəyanı
– XVIII əsrdə Fransada meydana 
gəlmişdi. Fiziokrat sözü iki yunan sözündən "fizis" və "kratos" 
sözlərinin birləşməsindən ibarət olub "Təbiətin hakimiyyəti" 
deməkdir.
Fiziokratlar cərəyanının mahiyyəti, merkantilistlərdən 
fərqli olaraq sərvətin mənbəyini ticarətə deyil, əkinçilikdə 
görməsi, xalis məhsul haqqında təlimin yaranması, təkrar 
istehsal prosesinin, məhsuldar və qeyri-məhsuldar əməyin və 
ictimai kapitalın dövranının təhlilinin verilməsi idi. Fiziokratlar 
cərəyanının nümayəndələri bunlardır: 
Fransua Kene
(1694-
1774), 
Viktor Mirabo
(1715-1789),
Dyupen de Nemu
(1739-
1817),
Jak Türqo
(1727-1781) və s. 
İlk dəfə olaraq 1758 –ci ildə Fransua Kene "İqtisad 
cədvəl" tərtib etmişdi. Bu cədvəl natural və dəyər elementləri 
arasında müəyyən balans nisbətlərinin müəyyənləşdirmək məq-
sədilə yaradılmışdı.
Klassik məktəb
XVII-XVIII əsrlərdə Avropada, xüsu-
silə İngiltərədə formalaşmışdı. Klassik məktəbin nümayəndə-
ləri bunlardır: 
Uilyam Petti
(1623-1687),
Adam Smit
(1723-
1790),
David Rikardo
(1772-1823) və s. 
U.Petti
"Vergilər və rüsumlar haqqında traktat" (1662), 
"Pul haqqında düşüncələr" (1682) əsərlərinin müəllifidir. O, 
əmək-dəyər nəzəriyyəsinin əsasını qoymuşdur. 
Adam Smit
1776-ci ildə "Xalqların sərvətinin təbiəti və 
səbəbləri haqqında traktat" yazmışdır. A.Smit təliminin əsas 
ideyası liberalizm, dövlətin iqtisadiyyata minimum müdaxiləsi, 
tələb və təklifdən asılı olaraq yaranan azad qiymətlər əsasında
bazar özünütənzimlənməsi idi. Bu iqtisadi tənzimləyiciləri o, 
“görünməz əl” adlandırılmışdı. Onun tədqiqatı nəticəsində 
siyasi iqtisad elmə, iqtisadi biliklər sisteminə çevrilmişdir. 
David Rikardo
1817-ci ildə "Siyasi iqtisadın və vergi-
qoymanın əsasları" traktatını yazmışdır. O, iqtisad elminin pul 


19 
tədavülünü, kredit, vergi, beynəlxalq əmək bölgüsü, dünya 
ticarəti kimi konkret sahələri üzrə qiymətli nəzəri və əməli 
əhəmiyyətli fikirlər söyləmişdi.
Klassik siyasi iqtisadın ən böyük çatışmazlığı təsərrüfat 
həyatında dövlətin rolunun nəzərə almamaları idi. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin