16
zehni əməyin “ali təbəqənin”, fiziki əməyin isə “ikinci təbəqə-
nin” qulların və ya qara camaatın qisməti olduğunu söyləyirdi.
Xüsusilə o dövrdə belə təhsilə olduqca böyük qiymət verilirdi.
Konfutsinin ictimai baxışlarında mükəmməl (ideal) insan
və xalqın varlanması ideyası xüsusi yer tutmuşdu. Konfutsi
dövlətin yüksək mənəvi prinsiplər əsasında
idarə edilməsini
tövsiyə edirdi.
İqtisadi fikrin sonrakı inkişafı Qədim Yunanıstanla bağ-
lıdır. Qədim Yunan mütəfəkkirləri
Ksenofontun, Platonun,
Aristotelin
baxışlarını müasir iqtisadi fikrin nəzəri müddəaları
kimi səciyyələndirmək olar.
Əmək bölgüsü ideyası Platonun əsərlərində daha geniş
şərh edilmişdir. Platonun fikrincə qul danışan alətdir. O, fiziki
əməyə nifrət edirdi. Onun ideal dövlətində idarə edənlər filo-
soflar və hərbiçilər fiziki əməklə məşğul olmamalıdırlar, bu
fiziki əmək üçüncü təbəqənin qismətidir. Platonun şagirdi olan
Aristotel müəlliminin idealist fəlsəfi baxışlarını tənqid etsə də,
cəmiyyətin və onun təsirindən qurtara bilməmişdir.
Aristotelə
görə iqtisadiyyat ev təsərrüfatı, quldar malikanəsinin siyasəti
isə dövlətin idarə edilməsi ilə məşğul olmalıdır.
Aristotel
əmtəə-pul münasibətlərini daha geniş tədqiq etmiş və ən bö-
yük xidməti isə əmtəənin ikili xarakterini
istehlak dəyəri və
mübadilə dəyərini fərqləndirməkdən ibarətdir.
Qədim Roma mütəfəkkirləri
Dostları ilə paylaş: