13
mulatlar hazırlayırdılar. Misirlilər Mesopotamiya və Nubiya ilə
geniş ticarət əlaqələri saxlayırdılar. Şərq ölkələrindən Misirə
sidr ağacı, gümüş, qalay və qullar gətirilirdi. Qədim Misir cə-
miyyətində üç əsas sinif formalaşmışdı: 1) quldarlar; 2) kənd-
lilər; 3) qullar. Quldarlar torpaq və qullara sahib idilər.
Onlar
kəndliləri, sənətkarları və qulları istismar edirdilər. Kəndlilər
kişik torpaq sahələrinə malik idilər. Onlar dövlətə vergi verir
və hərbi xidmətə gedirdilər. Xırda əkinçilər və maldarlar
"kiçiklər", qullar isə "canlı ölülər" adlanırdılar. Onlar dövlət və
məbəd təsərrüfatının əsas işçi qüvvəsini təşkil edirdilər. Qullar
zəbt olunmuş ölkələrdən Misirə gətirilirdi.
Misir mədəniyyətinə aşağıdakılar aid idi:
- Heroqliflərin meydana gəlməsi (e.ə. IV minillik);
- Əfsanələrin
meydana gəlməsi;
- Onluq hesablanma sistemindən istifadə edilməsi;
-Düzbucaqlı, üçbucaq, trapesiya və dairənin səthinin müəy-
yənləşdirilməsi;
- Planetlərin ulduzlardan fərqləndirilməsi;
- Ulduzların xəritəsinin çəkilməsi;
- İlin
on iki aya bölünməsi;
- Gecə və gündüzün 24 saata bölünməsi;
- Hər ayın 30 günə bölünməsi;
- Heykəltaraşlığın inkişaf etdirilməsi;
- Sarkofaqın ( qədim xalqlarda daş tabut) düzəldilməsi;
- Təbabətin
inkişaf etdirilməsi;
- Rəssamlığın inkişaf etdirilməsi.
Qədim Misirin iqtisadi fikrində dövlət təsərrüfatının
təşkili və idarə olunması sahəsində bir çox məsələlər öz əksini
tapmışdır: Əhalinin yaşına, işinə görə siyahıya alınması; məh-
suldar torpaq sahələrinin hesabatının aparılması; torpaqların
kadastrının müəyyən edilməsi; iriqasiya işlərinin aparılması;
çoxsaylı mədəni abidələrin tikilməsi; mürəkkəb suvarma sis-
temlərinin aparılması; bəşəriyyətə
möcüzə kimi görünən müx-
təlif təyinatlı qurğuların hazırlanması; piramidaların, ehkam-
14
ların tikilməsi; əmək resurslarından məqsədyönlü istifadə
edilməsi; vəzifəyə görə əmlaka sahib olma; xüsusi mülkiyyətin
əmələ gəlməsi və ona nəzarət qaydalarının müəyyən olunması
dövlət təsərrüfatının inkişafında mühüm rol oynamışdır. Eyni
zamanda dövlət təsərrüfatının
yüksək səviyyədə mərkəzləş-
məsi, nəinki xüsusi mülkiyyəti, eləcə də əmtəə-pul münasi-
bətlərinin inkişafını ləngitmişdir.
Dostları ilə paylaş: