ŞƏhla məHƏMMƏd qizi rzayeva leyla zakir qizi əLİyeva



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/253
tarix25.12.2023
ölçüsü2,8 Kb.
#194480
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   253
Rzayeva.-qtisadi-fikir-tarixi

qında elmdir 
2. İqtisadi fikir tarixinin predmeti, metodu və inkişaf 
mərhələləri 
3. İqtisadi fikir tarixinin strukturu və qədim dövrün 
iqtisadi təlimləri
 
 İqtisadiyyat təsərrüfatın səmərəli fəaliyyəti
haqqında elmdir 
 
"İqtisadiyyat"
termini ilk dəfə 
"Oykonomiya"
adı al-
tında qədim yunan alimi 
Ksenofont
(b.e.ə. 430-355-ci illər) 
tərəfindən işlənmiş, sonralar Aristotel tərəfindən geniş yayıl-
mışdır. "İqtisadiyyat" sözü ərəbcə "qəsədə" ("yönəltmək", "qə-
naət etmək, "çatmağa çalışmaq") sözündən əmələ gəlmiş, bu 
sözdən müxtəlif mənalarda işlənən "qasid", "məqsəd", "qəsd" 
sözləri yaranmışdır. "İqtisad" sözü ərəb dilində "qənaətçilik", 
"təsərrüfat" mənasında işlədilir. "Təsərrüfat" sözü ərəbcə 
"sərf", "məsrəf", "təsrif" sözləri ilə eynidir. "İqtisadiyyat" sözü 
"iqtisad" sözünün cəm halıdır. "İqtisadiyyat" sözü forma baxı-
mından da fərqlənir. Nəzəri və tətbiqi iqtisadiyyat bütün iqtisad 
elmlərinin deyil, təsərrüfat həyatının ən mühüm proseslərinin 
dərk olunması və tənzimlənməsi üçün xüsusilə aktual olan 
istiqamətlərin özünəməxsus sintezidir. 
Azərbaycanın görkəmli iqtisadçı alimi 
Q.Əlləzov
"İqtisad 
elminin nəzəri-metodoloji əsaslarının tarixi inkişafı" adlı 
monoqrafiyasında qeyd edir ki, "İqtisadiyyat" həm də elmdir
təsərrüfat, iqtisadi fəaliyyət, sərvət, onun mənşəyi, bölgüsü və 
istehlakı, iqtisadi münasibətlər haqqında biliklər sistemidir. 
Əgər iqtisadi ədəbiyyatda iqtisadiyyat ilk əvvəl "ev təsərrü-



fatını idarəetmək məharəti" kimi xarakterizə olunmuşsa və ona 
ev təsərrüfatı qanunları haqqında elm kimi baxılıbsa, sonralar 
da onu "Xalqlar sərvətinin təbiəti və səbəbi" (A.Smit), "Bölgü-
nü idarə edən qanunlar" (D.Rikardo), "Kapitalizmin inkişaf qa-
nunları" (K.Marks), "İstehsal və mübadilə qanunları" 
(F.Engels) və "İstehlak qanunları" (S.Sismondi) haqqında elm 
adlandırmışlar. Onun predmetinə isə bilavasitə (S.Sismondi 
istisna olmaqla) iqtisadi fəaliyyət prosesində insanlar arasında 
yaranan münasibətləri daxil etmişlər.
1
"İqtisadiyyat" anlayışında səviyyə bölgüsü mövcuddur. Bu 
bölgüyə aiddir: makroiqtisadiyyat, mikroiqtisadiyyat, mezoiq-
tisadiyyat və meqoiqtisadiyyat. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin