11
edilir və onların mənbəyi və müəllifləri göstərilir. Bu prinsipdə
müəyyən məktəblər, məsələn Avstriya məktəbi, yaxud görkəm-
li iqtisadçıların adı ilə bağlı marksizm, keynsçilik və s. tarixi
aspektdə verilir.
Məntiqi prinsip
elmi nəzəriyyənin daxili logik inkişafını
qeydə alır.
Müqayisəetmə prinsipində
nəzəriyyələr müqayisə edilir
və nəticədə bu və ya digər nəzəryyənin üstünlüyü aydınlaşır.
Eklektikçilik adlanan prinsip
geniş yayılmışdır. Bu,
müxtəlif nəzəriyyələrin sintezini yaratmaqdır, hazırda bir çox
istifadə olunan iqtisadi-riyazi modelləşmə metodu ilə işlərin
təhlil edilməsidir.
Nəhayət,
monoqrafiya metodu
da var ki,
burada müəy-
yən bir alimin iqtisadi fikirlərinin geniş şərhi verilir.
İqtisadi fikir tarixi öz başlanğııcını qədim dünyadan gö-
türmüş və o vaxtdan başlayaraq iqtisadi fikir və nəzəriyyələrin
sistemləşdirilməsinə cəhd göstərilir. Məlumdur ki, iqtisadiyyat,
elm, texnika, mədəniyyət inkişaf edikcə iqtisadi nəzəriyyədə
yeniləşmiş və təkmilləşmişdir. Bu
fənnin öyrənilməsi ilə biz
dünyanın və öz ölkəmizin iqtisadi inkişafının obyektiv qanu-
nauyğunluğunu müəyyən edə bilərik.
İqtisadi fikir tarixinin başlıca mərhələləri Azərbaycanın
əvəzolunmaz iqtisadçı alimi
M.X.Meybullayevin
ümumi elmi
redaktəsi ilə çap olunmuş "İqtisadi təlimlər tarixi" dərsliyində
aşağıdakı kimi verilmişdir:
1) Qədim dövrün
iqtisadi təlimi;
2) Orta dövrdə Şərqdə və Orta Avropada iqtisadi təlimlər;
3) Bazar sisteminin qərarlaşması dövründə iqtisadi təlim;
4) Müxtəlif iqtisadi inkişaf modelləri
şəraitində iqtisadi
təlim;
5) Müasir və ya yüksək sənayeləşmiş dövrün iqtisadi
təlimi.
12
Bəzi xarici ədəbiyyatda iqtisadi fikrin inkişafının üç mər-
hələ üzrə öyrənilməsi də tövsiyə edilir:
3
1) Bazar iqtisadiyyatı mərhələsinə
qədərki iqtisadi təlimlər
(Qədim və Orta əsrlər);
2) Tənzimlənməyən bazar iqtisadiyyatı mərhələsindəki iq-
tisadi təlimlər (mikroiqtisadiyyat - A.Smit və D.Rikardo);
3) Tənzimlənən (sosial yönümlü) bazar iqtisadiyyatı mərhə-
ləsinin iqtisadi təlimi (makroiqtisadiyyat - C.M.Keyns).
Dostları ilə paylaş: