ŞƏhla məHƏMMƏd qizi rzayeva leyla zakir qizi əLİyeva


İqtisadi fikirlər tarixinin predmeti, metodu və



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/253
tarix25.12.2023
ölçüsü2,8 Kb.
#194480
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   253
Rzayeva.-qtisadi-fikir-tarixi

 İqtisadi fikirlər tarixinin predmeti, metodu və
inkişaf mərhələləri 
 
İqtisadi fikir tarixinin predmeti ayrı-ayrı iqtisadçıların, 
nəzəri məktəblərin, cərəyan və istiqamətlərin iqtisadi ideyala-
rının, konsepsiyalarının meydana gəlməsi, inkişafı, bir-birini 
əvəz etməsi proseslərinin tarixi gedişatının öyrənilməsi hesab 
edilir. İqtisadi fikir tarixi iqtisadi biliklərin özünün tarixi 
inkişafının mahiyyətini əks etdirir. Bu onun dünya iqtisad elmi-
nin təkamülünün ilkin mərhələlərini və qanunauyğunluqlarını 
müəyyən edir, iqtisadi bilikləri sistemləşdirir. İqtisadi fikir ta-
rixi nəzəriyyənin bütün mövcudluğu ərzində yaranmış iqtisadi 
ideyaları, konsepsiyaları və nəzəriyyələri öyrənir. Bir çox 
görkəmli iqtisadçılar və tarixi cərəyanlar özlərindən əvvəlkilərə 
tənqidi yanaşır və özünəməxsus konsepsiyaları və ideyaları 
irəli sürürlər. Məsələn, özündən əvvəlki iqtisadi fikir və kon-
sepsiyaları tənqidi istiqamətdə və öz alternativ ideyaları ilə 
Alman tarixi məktəbi, o cümlədən institusional sosioloji isti-
qamət XIX əsrin axırı və XX əsrin əvvəllərində özünü göstərdi. 
K.Marks da özündən əvvəlki çox görkəmli iqtisadçıların iqti-
sadi fikirlərinə tənqidi yanaşaraq, özünün "izafi dəyər nəzəriy-
yəsini" yaratmış, M.Blauq isə "Perspektivdə iqtisadi fikir" 
2
Bax: Ş.S.Qafarov. Pulun diktaturası. Bakı, 2014, səh. 95 


10 
kitabında keçmişdən çox, nəzəriyyənin indiki vəziyyətinə fikir 
vermişdir. 
İqtisadi fikir tarixi kursunda xüsusi yeri dünya iqtisad 
elminin formalaşmasında və inkişafında mühüm rolu olan 
klassik siyasi iqtisad tutur. Siyasi iqtisadın, ümumiyyətlə iqti-
sadiyyatın elmi sisteminin yaradılması klassik siyasi iqtisadın 
nümayəndələrinə məxsusdur. İqtisadi azadlığın prinsipləri və 
əmək - dəyər nəzəriyyəsi də klassik siyasi iqtisad tərəfindən 
yaradılmışdır. 
İqtisadi fikir tarixi metodoloji cəhətdən iqtisadi təhlil-
lərin proqressiv metodlarının məcmusuna əsaslanır. Bu me-
todlar aşağıdakılardır. Elmi abstraksiya, yəni müşahidə edilən 
hadisələrdə mühüm olan tərəflər aşkara çıxarılır və nəzəri ümu-
miləşdirmələr aparılır. Elmi abstraksiya iqtisadi hadisələrin 
təfəkkürdə ümumiləşdirilməsi və onların anlayışlar, kateqori-
yalar şəklində ifadə olunması metodudur. İqtisadi nəzəriyyədə 
tətbiq edilən digər metod analiz və sintez metodudur. Analiz 
metodunda iqtisadi münasibətlər vahid bir sistem halında götü-
rülür və elmi təfəkkür yolu ilə müəyyən hissələrə, tərəflərə 
ayrılır və iqtisadi sistemin hər bir tərəfi ayrılıqda təhlil edilir
sonra sintez etmək yolu ilə həmin cəhətlər və tərəflər yenə də 
iqtisadi sistemdə birləşdirilir. Bu proses fikrimizdə edilir. Ta-
rixi və məntiqi metod vasitəsilə iqtisadi nəzəriyyə müəyyən 
etdiyi anlayışları, kateqoriyaları, onların yarandıqları tarixi
ardıcıllıqla şərh edir. İnduksiya metodu "hasiletmə" mənasını 
daşıyır. Bu metodla toplanan faktlar əsasında nəzəri nəticələr 
ümumi iqtisadi prinsiplər və əməli fəaliyyət üçün tövsiyələr 
hazırlanır. Deduksiya-bütövlükdə nəzəriyyə və ya ayrı-ayrı nə-
zəri müddəalar, prinsiplər əsasında faktların müəyyən edilməsi, 
qurulması, əsaslandırılmasıdır. 
İqtisadi fikir tarixinin metodu özünə müəyyən prinsip-
lər və tədqiqatın konkret yollarını daxil edir. Onları şərh edək: 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin