126
maq”, “sivişmək”, “söz açmaq”, “sözdən söz saçılmaq”, “sözi-
ni tutmaq”, “turu gəlmək”
(ayağa qalxmaq),
“yüz göstərmək”,
“yüz tutmaq”, “yelə vermək”
(hədər etmək, bada vermək),
“yü-
rəksiz”
(qorxaq),
“yürəgin qəm odıyla tağlamaq”, “yüzünü bur-
tarmaq”
(üzünü qırışdırmaq) və s.
kimi söz və ifadələr, deyim
və frazeoloji birləşmələr Şirazinin canlı ümumxalq danışıq dilin-
dən uğurla bəhrələndiyini göstərməklə yanaşı, eyni zamanda tər-
cümənin dilinin sadəliyini və canlılığını əyani şəkildə sübut edir.
Bu leksik vahidlərin çoxu azacıq dəyişikliklərlə çağdaş ədəbi di-
limizdə və ya dialektlərimizdə, şivələrimizdə işlənir.
“Gülşəni-raz” tərcüməsinin dili üçün səciyyəvi bu xüsusiy-
yət onun lüğət tərkibində özünəməxsus
çəkisi olan türkmənşəli
sözlərin bolluğunda da özünü göstərir. Yuxarıda da qeyd etdiyi-
miz kimi, tərcümədə bütünlüklə yalnız türkmənşəli sözlər üzə-
rində qurulan çoxlu beyt və ya misralar vardır.
Ümumiyyətlə,
tərcümənin zəngin lüğət tərkibi tarixi leksikologiyanın hərtərəfli
araşdırılması baxımından ilkin dəyərli qaynaqlardan biri sayılır.
Türk dillərinin əski qatlarına aid sözləri əhatə edən məşhur lü-
ğətlərdən sayılan və daha çox “Tarama sözlügü” adı ilə tanınan
məşhur mənbədə bir sıra qədim yazılı abidələrlə yanaşı, “Gülşə-
ni-raz” tərcüməsindən də istifadə edilməsi buna ən yaxşı dəlil-
sübut ola bilər.
“Gülşəni-raz” tərcüməsinin dilində
çoxlu qədim və nadir
türkmənşəli sözlər işlənmişdir ki, onların
müəyyən bir hissəsi
zaman keçdikcə unudularaq çağdaş ədəbi dilimiz üçün arxaik sə-
ciyyə daşıyan
leksemlərə çevrilmiş, bəziləri isə dilimizin ayrı-
ayrı dialektlərində kiçik dəyişikliklə qorunub saxlanmışdır. Bu
baxımdan tərcümənin dilində işlənmiş aşağıdakı qədim türk-
mənşəli sözlər xüsusilə diqqəti cəlb edir:
Dostları ilə paylaş: