118
misradakı
“oda”
sözü isə
“od”
(atəş) isminin yönlük haldakı
formasıdır. Şirazinin bu beyti həm də bədiiliyi və axıcılığı ilə
diqqəti cəlb edir.
İkinci
nümunədə
işlənmiş
“yaradur”
qafiyəsi feil (birinci
misrada) və isim (ikinci misrada) kimi beytdə cinaslıq yaratmışdır.
Üçüncü
nümunədəki
“ulusı”
qafiyəsi isə sifət və isim kimi
cinas sözlərdir. Birinci misradakı
“ulu”
(böyük) sifəti, ikinci
misrada isə
“ulus”
(xalq, el) ismi
mənsubiyyət şəkilçisi qəbul
edərək cinaslıq keyfiyyəti qazanmışdır.
Qeyd edək ki, Şirazi təkcə türkmənşəli sözləri deyil, ərəb və
fars dillərindən alınma sözləri də cinas qafiyə yerində işlətmiş-
dir. Bu zaman onun cinas qafiyə kimi işlətdiyi sözlərin biri, bir
qayda olaraq, türkmənşəli, digəri isə alınma söz olur. Məsələn,
tərcüməçi aşağıdakı beytdə
“su”
türk sözü ilə ərəb mənşəli
“su”
(istiqamət, yön, tərəf) sözünü cinas qafiyə kimi işlətmişdir:
Nə od yakar anı, nə qərq edər
Dostları ilə paylaş: