tamlar. İşi ŋ ü tezrak tut, qoma gecə, Gecəyi gündüz et, gündüzü gecə. Bu səhradə bu gülzari dikənlər Əqəbincə qoyubdur çox dikənlər. İlk nümunədə qafiyə yerində işlənən
“tamlar” cinasının bi-
rincisi feildir -
“tamlamaq” (damlamaq, damcılamaq) felinin
qeyri-qəti gələcək zamanda işlənmiş formasıdır. İkinci misrada-
kı
“tamlar” isə
“damlar” (evlər, saraylar) isminin azacıq fərqli
qrafik variantıdır. Şirazinin bu beytində işlənmiş bütün sözlər də
türkmənşəlidir.
İkinci nümunədəki cinas qafiyələrin birincisi
“gecə” zərfi,
ikincisi isə
“gec” zərfinin yönlük hal şəkilçisi qəbul etmiş for-
masıdır. Bu beytdə də Şirazinin istifadə etdiyi bütün sözlərin
türkmənşəli olması diqqəti çəkir. Beyt həm də xüsusi deyim tər-
zi və bədiiliyi, oynaqlığı və axıcılığı ilə seçilir.
Üçüncü nümunədəki cinas qafiyə təşkil edən sözlər də ma-
raq doğurur. Beytin ilk misrasındakı
“dikənlər” sözü feli sifət-
dir:
“quranlar”, “tikənlər” deməkdir. İkinci misradakı
“dikən- lər” sözü isə cəm şəkilçisi qəbul etmiş isimdir: çağdaş ədəbi di-
limizdə
“tikan” şəklində işlənən ismin bir qədər fərqli qrafik va-
riantıdır.
Tərcümədəki aşağıdakı beytlərdə də Şirazi
omoqraf olan
ayrı-ayrı türkmənşəli sözləri cinas qafiyə kimi işlətmişdir:
Bərü gəl, nafeyi-mişkin qoxula, Tər eylə can dimağın bu qoxula. Bu yol anı ŋ degildir kim,