114
Uralar başlara dürlü
ışıqlar
Ki, qara ŋ uluğa sala
ışıqlar…
Anadantoğma gözsüzi
okursın,
Yüz ayət aƞa Qur’andan
okursın.
Birinci
nümunədə Şirazi çağdaş ədəbi dilimiz üçün arxaik
sayılan
“taŋa qalmaq”
(heyrətlənmək, bərk təəccüb etmək)
sabit
söz birləşməsi ilə
“taŋa qalmaq”
(dan vaxtına qalmaq, sabaha
qalmaq) ifadəsini uğurla cinas qafiyə kimi işlətmişdir. Qeyd
edək ki, bu cinasların kökündə dayanan
“taŋ ”
sözü omonimdir:
onun birinci misradakı mənası
“təəccüb”, “heyrət”
çağdaş ədə-
bi dilimiz üçün arxaik sayılır; sözün ikinci mənası isə
“dan”
şəklində (sübh, səhər) çağdaş ədəbi dilimizdə işlənir.
Yeri gəl-
mişkən onu da əlavə edək ki, bu beyt Türkiyədə çap olunmuş
məşhur “Tarama sözlügü”ndə
“taŋa qalmaq”
(sabaha qalmaq)
ifadəsinə
nümunə olaraq verilmişdir, lakin ilk misradakı
“gü-
nəş”
sözünün yerinə burada “
ögüş
” (çox) sözü işlənmişdir. Beyt
bizim istifadə etdiyimiz tərcümənin əlyazmalarından yalnız İs-
tanbul nüsxəsindədir və orada ilk söz məhz
“günəş”
şəklində
yazılmışdır.
“Günəş”
və
“ögüş”
sözlərinin ərəb qrafikası ilə ya-
zılışlarında müəyyən oxşarlıq olduğunu nəzərə alaraq, bu nüsxə
fərqini katiblərin mətnə müdaxiləsi ilə izah etmək olar. Maraqlı-
dır ki, hər iki söz beytin ümumi məzmununa uyğun gəlir. Lakin
beytdə söhbətin daha çox təbiətdən getdiyini nəzərə aldıqda
“günəş”
variantına üstünlük vermək məqsədəuyğundur. Şair-
mütərcim bu beytdə demək istəyir ki, günəşi tərif edərkən heyrə-
tə gəldim və heyrətdən ay kimi parçalanıb dan sökülən vaxta
(sabaha) qaldım.
İkinci
nümunədə cinas qafiyə təşkil edən sözlərdən birinci-
si - ilk misradakı
“ışıq”
qədim türk sözüdür, çağdaş
ədəbi dili-
miz üçün arxaizm sayılır.
“Dəmir başlıq”, “dəbilqə”
mənasını
daşıyan bu söz Yusif Balasaqunlunun “Kutadğu bilig” əsərində
sözün əvvəlinə “y” artımı ilə
“yışıq”
şəklində işlənmişdir . Bey-
tin ikinci misrasındakı
“ışıq”
sözü isə çağdaş ədəbi dilimizdə
“işıq” şəklində işlənir. Şirazinin bu beytdə işlətdiyi bütün sözlə-
115
rin türkmənşəli olması da diqqəti cəlb edir. Bu beytdə də cinas
qafiyələr omonim sözlərdən təşkil olunmuşdur.
Üçüncü
nümunədə
cinas qafiyə olan
“okursın”
sözü də
omonimdir. Birinci misradakı
“okursın”
qafiyəsi
“çağırarsan”
mənasındadır. Qeyd edək ki,
“
oxumaq” feli qədim türk mətnlə-
rinin çoxunda iki müxtəlif mənada işlənmişdir:
“çağırmaq”;
“mütaliə etmək”
. Çağdaş ədəbi dilimizdə isə
“oxumaq”
felinin
birinci mənası işlənmir. Bununla belə, dilimizdəki
“meydan
oxumaq”
frazeoloji birləşməsində felin bu mənası qorunub sax-
lanılmışdır. Beytin ikinci misrasındakı
“okursın”
qafiyəsi isə,
aydındır ki, bu felin çağdaş dilimizdəki mənasında (
mütaliə et-
mək, oxumaq
) işlənmişdir.
Şirazi aşağıdakı beytlərdə də türkmənşəli omonim olan söz-
ləri cinas qafiyə kimi işlətmişdir:
Necə bülbül kimi gülsüz
Dostları ilə paylaş: