peyrov
(ardı-
cıl; davamçı) və
pişrov
(irəlidə gedən; qabaqcıl; başçı) sözlərinin
lüğətdəki qarşılıqları kimi işlənmiş
artcagedici
və
öncəgedici
sözləri xüsusilə diqqətçəkicir. Belə ki, bu iki sözün ikinci tərəfi
(gedici) ilə fars mürəkkəb sözlərinin ikinci tərəfi (rov) eyni söz-
lərdir. H.Naxçıvani həmin fars sözlərinin birinci tərəflərini (pey-
arxa, dal, piş, irəli, ön) artca və öncə şəklində çevirmişdir. Yuxa-
rıdakı mürəkkəb sözlərdən üçü də edici sözünün köməyi ilə dü-
zəlmişdir: dilkülik edici, karedici, yardımedici. Bu sözlərdən bi-
rincisi yaltaq, ikiüzlü mənasını daşıyır. Göründüyü kimi, H.Nax-
çıvani dilkülik (tülkülük) sözünü məcazi mənada işlətmişdir.
Yuxarıdakı sözlərdən
ipdəoynayıcı
da diqqətçəkicidir. Belə
ki, fars dilində rəsənbaz sözünün qarşılığı olan bu leksem müasir
ədəbi dilimizdə kəndirbaz şəklində işlənir. Qeyd edək ki,
rəsən-
108
baz
mürəkkəb sözünün birinci tərəfi ip, kəndir; ikinci tərəfi isə
oynayan anlamındadır. H.Naxçıvani də bu mürəkkəb fars sözü-
nü elə bu cür də tərcümə etmişdir: ipdəoynayıcı. Maraqlıdır ki,
XVI əsr mütərcimi Bəvazici də “Kəvamilüt-təbir” adlı tərcümə
əsərində
rəsənbaz
sözünü ipdəoynayıcı kimi çevirmişdir
1
. De-
məli, bu mürəkkəb söz XVI yüzillikdə də ümumişlək səciyyəsi
daşımış, sonralar onun əvəzində
kəndirbaz
işlənmişdir.
Lüğətdəki
yolurucı
sözünə isə Bəvazinin adı çəkilən tərcü-
mə əsərində
yolkəsici
şəklində rast gəlirik
2
. Maraqlıdır ki,
yolu-
rucu
və
yolkəsici
sözlərinin farsca qarşılığı farsmənşəli
rahzən
sözüdür. Bu sözün lüğəvi mənası isə
yolvuran
deməkdir. Qeyd
edək ki, orta əsrlərə aid yazılı abidələrdə, o sıradan Nəsiminin
dilində bu leksem
yolurucı, yoluran
şəklində qeydə alınmışdır.
Bununla belə, müasir ədəbi dilimizdə bu anlayış yolkəsən (qul-
dur) şəklində işlənir. Yeri gəlmişkən qeyd edək ki, orta əsrlərə
aid türk mətnlərində ikinci tərəfi -ıcı şəkilçili bu qəbildən olan
mürəkkəb sözlərin ikinci tərəfində müasir ədəbi dilimizdə feli si-
fətin morfoloji əlaməti olan -an şəkilçisi işlənir. Məsələn:
kər-
pickəsici – kərpickəsən, oqatan – oxatan, qılıncoynadıcı, – qılın-
coynadan, yükçəkici – yükçəkən, yükdaşıyan
və s.
Yuxarıdakı siyahıda verilən mürəkkəb sözlərin bir neçəsin-
də birinci tərəflər arxaik səciyyə daşıyır:
Biləolucı, kəndingörici,
külahdikici, sınqazıcı, sığırgüdüci
bu qəbildəndir. Bu sözlərdən
birincisi lüğətdə farsca
həmdəm
sözünün qarşılığı kimi verilmiş-
dir. Məlum olduğu kimi,
həmdəm
sözü müasir Azərbaycan dilin-
də də dost, həmsöhbət anlamında işlənir. Bununla belə, H.Nax-
çıvani fars mənşəli bu sözün kalka edərək
biləoluci
şəklində ver-
mişdir. Lüğətdəki külahdikici sözü isə papaqtikən deməkdir.
Maraqlıdır ki, bu söz klassik Azərbaycan ədəbiyyatında elə lü-
ğətdəki kimi
külahduz
şəklində işlənmişdir.
Kəndingörici
sözünə
1
Möhsün Nağısoylu. XVI əsr Azərbaycan tərcümə əsəri “Kəvamilüt-təbir”.
Bakı, Elm və təhsil, 2011.
2
Yenə orada.
109
gəldikdə isə bu leksem lüğətdə farsca
xodbin
(xudbin, eqoist,
xudpəsənd) sözünün türkcə kalka şəklində olan qarşılığıdır. Fars
mənşəli
Dostları ilə paylaş: |