110
Maraqlıdır ki, oxşar quruluşlu sözlərə XV əsr lüğətçisi Rüs-
təm Mövləvinin “Töhfeyi-əxəvan” lüğətində də rast gəlirik. Mə-
sələn, o, farsmənşəli
abdan
(suqabı, vedrə) sözünü hərfi şəkildə
suqoyacaq
şəklində tərcümə etmişdir
1
. H.Naxçıvani isə bu sözün
qarşılığı kimi
qavuq
leksemindən
istifadə etmişdir
2
. “Töhfətüz-
zəkiyyə” əsərində isə bu söz
koğa
şəklində qeydə alınmışdır .
Bəvazici də “Kəvamilüt-təbir” tərcüməsində
vedrə
anlamında
qoğa
sözünü işlətmişdir Bununla belə, H.Naxçıvaninin söz yara-
dıcılığı sahəsindəki fəaliyyətinin məhsulu olan və ədəbi dilimi-
zin yeni anlayış və sözlərlə zənginləşməsinə
xidmət edən bu
sözlər vətəndaşlıq hüququ qazana bilməmiş və zaman keçdikcə
unudulmuşdur. Hazırda həmin sözlərin bir qisminin ikinci tərə-
fində
-an
feli sifət şəkilçisi işlənə bilər. Məsələn:
üzümsıqacaq –
üzümsıxan, dikənçıqaracaq – tikançıxaran
və s. Yuxarıdakı mü-
rəkkəb sözlərin bir neçəsində isə hazırda ikinci tərəfdə
qabı
sözü
işlənir:
qələmqoyacaq – qələmqabı, suqoyacaq – suqabı
və s.
Bütövlükdə H.Naxçıvaninin ayrı-ayrı fars mənşəli sözlərin qar-
şılığında işlətdiyi bir qrup türkmənşəli düzəltmə və mürəkkəb
sözlər yazılı ədəbi dilimizin zənginləşməsi işinə xidmət etmişdir.
H.Naxçıvaninin lüğətdə fars mənşəli
kalive
sözünün qarşılı-
ğı kimi işlətdiyi
nəsnəbilməz
mürəkkəb sözü xüsusilə maraq do-
ğurur. Qeyd edək ki, müasir fars ədəbi dili üçün arxaik səciyyə
daşıyan bu söz quruluşca sadədir və vaxtilə bir neçə mənada iş-
lənmişdir: 1. dəli, ruhi xəstə; 2. pərişan, həyəcanlı; 3. kar. Bu sö-
zün türkcəsi kimi Naxçıvaninin işlətdiyi
nəsnəbilməz
leksik va-
hidi quruluşuna görə mənasında işlənmişdir. Qeyd edək ki, lü-
ğətdə
ikinci tərəfində
-məz
şəkilçisi işlənmiş bu tipli digər bir
mürəkkəb sözə rast gəlmirik.
1
Rüstəm Mövləvi. Töhfətül-əxvan. Çapa hazırlayan: Firuz Refahi Ələmdari.
Tehran, 2016, səh.134
2
Hinduşah Naxçıvani. Əs-Sihah əl-əcəmiyyə. Elmi-tənqidi mətnin tərtibçi-
ləri: Cəmilə Sadıqova və Teyyubə Əsgərova. Bakı, Şərq-Qərb, 1993, səh.39.
111
Hinduşah Naxçıvaninin lüğətdə işlətdiyi aşağıdakı mürək-
kəb sözləri də fars dilindən kalka şəklində hərfi-hərfinə tərcümə
etməsi heç bir şübhə doğurmur:
gərdənkeş –boyunçəkici, ğəmxar
– qəmyeyici, kamran – muradsurüci, həmdəm – biləolucı, dindar
– dinsaqlayıcı, çərbdəst – uzunəllü, dadgər – ədledici
və s. Bu
leksik vahidlərdən fars mənşəli
gərdənkeş
məcazi məna daşıyır:
lüğəvi mənası
boyunçəkən
olsa da, sözə qulaq asmayan, inadcıl,
tərs mənalarında işlənir.
Ğəmxar
sözünə gəldikdə isə, bu söz bi-
rincisi,
qəmxar
şəklində müasir ədəbi dilimizdə də işlənir. İkin-
cisi isə, bu sözün lüğəvi mənası
qəmyeyən
olsa da, onun həqiqi
mənası
dost
deməkdir.Yuxarıdakı
həmdəm
və
dindar
sözləri də
müasir ədəbi dilimizdə olduğu kimi işlənir. Bununla belə, Hin-
duşah Naxçıvani onları həfi şəkildə dilimizə çevirmişdir.
Çərb-
dəst
sözü məcazi mənalı mürəkkəb sifətdir:
zirək, cəld
anlamla-
rında işlənir. Lüğətdə qeydə aldığımız
suvbaşı
və
çəribaşı
mü-
rəkkəb sözləri də arxaik səciyyə daşıdığı üçün diqqətçəkicidir.
Bu sözlərin hər ikisi
qoşun başçısı
anlamında işlənən farsmənşə-
li
sepəhsalar
və
sepəhbod
sözlərinin qarşılığı kimi işlənmişdir.
Yuxarıdakı
nümunələrdən də göründüyü kimi, H.Naxçıva-
ninin “Sihahül-əcəm” lüğətində işlətdiyi düzəltmə sözlər sırasın-
da da kalka yolu ilə farscadan tərcümə edilmiş leksik vahidlər
vardır. Bununla belə, bütövlükdə götürdükdə H.Naxçıvani bu ol-
duqca dəyərli klassik lüğət nümunəsində söz yaradıcılığı sahə-
sində səmərəli fəaliyyət göstərərək yazılı ədəbi dilimizin bir sıra
türkmənşəli yeni söz və ifadələrlə zənginləşməsi işinə öz töhfə-
sini vermişdir.
Dostları ilə paylaş: