113
“Gülşəni-raz” tərcüməsi xalq arasında sufilik əsaslarını təlqin et-
mək və yaymaq məqsədilə qələmə alınmışdır
1
. Bu isə o demək-
dir ki, “Gülşəni-raz” sadə və xalq danışıq dilinə yaxın bir dillə
tərcümə edilməli idi. Tərcümənin dili üzərindəki müşahidələr
bunu əyani şəkildə sübut edir. Qeyd etmək lazımdır ki, “Gülşə-
ni-raz”ın dili ilə bağlı bu fikri birmənalı şəkildə qəbul etmək
doğru olmaz. Bütövlükdə götürdükdə, tərcümə sadə və xalq da-
nışıq dilinə yaxın bir dildə qələmə alınmışdır. Tərcümədə bila-
vasitə mütərcimin öz qələminin məhsulu olan parçalar, bir çox
hissələr dilinin sadəliyi, ana dilinə məxsus sözlərin bolluğu ilə
seçilir. Bununla belə, tərcümədə sırf sufi anlayışlarını ifadə edən
ərəb və fars dillərinə məxsus söz və ifadələrdən sıx-sıx istifadə
edildiyi yerlər də az deyildir. Qeyd edək ki, sonuncu hal daha
çox orijinaldan dəqiq tərcümə olunmuş ayrı-ayrı şeir parçalarına
və beytlərə aiddir.
“Gülşəni-raz” tərcüməsinin dili, xüsusilə də zəngin və rən-
garəng leksikası üzərindəki müşahidələr göstərir ki, istedadlı qə-
ləm sahibi, ana dilində orijinal şeirlər də yazan Şirazi klassik
Şərq ədəbiyyatına və Azərbaycan-türk şifahi xalq yaradıcılığına
dərindən bələd olmuş, bu iki qaynaqdan eyni dərəcədə ustalıqla
bəhrələnmişdir. Şirazi tərcüməyə artırdığı şeir parçalarında, ayrı-
ayrı beyt və misralarında ana dilinin çeşidli və rəngarəng bədii
ifadə vasitələrindən və ərəb-fars dillərindən alınma sözlərin çox-
mənalılığı və omonimliyindən, eyni cür yazılıb müxtəlif mənalar
daşımasından (omoqraflıq xüsusiyyətindən) məharətlə istifadə
etmişdir. Bu baxımdan şair-mütərcimin sıx-sıx bəhrələndiyi ci-
nas qafiyələr xüsusilə diqqəti cəlb edir. Maraqlıdır ki, Şirazinin
yaratdığı cinas qafiyələrin çoxu ana dilinin özünəməxsus sözlər-
dən təşkil olunmuşdur. Mütərcimin bu qəbildən olan cinas qafi-
yələr işlətdiyi bir neçə ayrı-ayrı beytinə nəzər salaq:
Günəş vəsf eylər ikən
Dostları ilə paylaş: