Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci «Sahə texnologiyasının əsasları»



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə4/37
tarix25.12.2023
ölçüsü0,61 Mb.
#195956
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   37
Sahə-texnologiyasının-əsasları-K.Sevda

Dövri proseslərdə
xammal aparata doldurulur. Orada bir sıra mərhələləri 
keçir vəməhsula çevrilir. Alınan məhsul və reaksiyaya daxil olmayan xammal 
aparatdan boşaldılır. Doldurma və boşaldılma müddətində aparat dayandırılır.
Aparatın iş rejimi tez-tez dəyişir vəidarəetməçətinləşir. Əvvəlcə temperatur və təzyiq
yüksəlir, sonra temperatur və qatılıq azalır. Temperatur, təzyiq vəqatılıq bütün dövr



ərzindədəyişir. Odur ki, dövri prosesləri avtomatlaşdırmaq və mexanikləşdirmək
çətin olur. Dövri proseslərə xidmət etmək böyük enerji sərfi tələb edir. Digər
tərəfdən də alınan məhsulun keyfiyyəti də yüksək olmur. Bir tsiklə sərf olunan vaxt 
da dövri proseslərdə fasiləsiz proseslərdəkindən çox olur.
Fasiləsiz proseslərdə
xammal arasıkəsilmədən aparata daxil olduğu kimi,
məhsul da fasiləsiz olaraq aparatdan xaric olur. Bu halda texnoloji proseslər, 
köməkçi vənəqliyyat işləri eyni zamanda başverir. Aparatın hər bir nöqtəsində
temperatur, təzyiq və qatılıq sabit olur. Odur ki, xammalın doldurulması və 
məhsulun boşaldılmasını mexanikləşdirmək və prosesi avtomatlaşdırmaq asan olur. 
Fasiləsiz proseslərdəaparatların iş rejiminə nəzarət etmək daha sadədir. Bu proseslərdə 
məhsulun keyfiyyəti fasiləli (dövrü) proseslərdəkinə nisbətən yüksək olur.
Bu zaman həm də tullantıdan və istilikdən istifadə etmək asandır. Kimya
istehsalının əksəriyyəti artıq fasiləsiz proseslərlə təmin edilmişdir. Qeyd etmək
lazımdır ki, elə fasiləli proseslər vardır ki, onları fasiləsiz yerinə yetirdikdə
məhsulun keyfiyyəti pisləşir. Məsələn, daş kömürün kokslaşması prosesi belə
proseslərdəndir.
Çevrilmə dərəcəsi, çıxım və seçiciliyin
yüksək olması texnoloji proseslərin
intensivliyinin yüksəlməsinə səbəb olur. Ümumiyyətlə, texnoloji proseslərdə iştirak
edən aparatlar o vaxt intensiv işləyir ki, onlarda baş verən proseslər daha tam
olsun, dönən proseslərdə isə tarazlıq daha çox sağa, yəni əsas məhsulun alınması 
istiqamətində yer dəyişmiş olsun. Reaksiyanı istənilən istiqamətə yönəltmək üçün
onun tarazlıq halını öyrənmək lazımdır. Aparatın intensivliyi reaksiyanın sürəti
ilə, dönən proseslərdə isə tarazlıq halının yaranma sürəti ilə mütənasibdir.

Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin