Daha niyə təəccüb eləyirsən? Bizi aparıb o zavodları göstərən də, bir nəfər mühəndis deyirdi. H elə son zamanlarda təzə maddələr də tapıblar, Bakı neftinə neft çatmaz. Qara qızıl nədir, burada çıxan neft brilyantdan da bahadır. Yoxsa Bakıya bu qədər göz dikən olmazdı ki? Yataq, yataq, gözümdən yuxu tökülür. Usta həm işə deyir ki, Hitlerin belini sındıran Bakı oldu. t Cəmil susdu. Birdən, nəyi isə xatırlamış kimi, yerində dirsəkləndi: - Buranın teatrım görmüsən? - Yox, necə bəyəm? - Sabah gedək, baxaq. - Hansına? Mənim musiqili komediyadan xoşum gəlir, - Eh, orada yüngül şeylər oynayırlar. “Xanlar”ı görmürsənmi? - Rayon teatrında onu oynamırlar ki? - Mən burada bir dəfə baxmışam, çox xoşuma gəlib. - Ele isə əvvəlcə ona gedək, — deyə Tahir razılaşdı və bu andan sonra dostlar gözlərindən tökülən yuxunun qucağında xumarlanıb bir daha dinmədilər. 68 ( 2 V
Dram teatrının salonunda n əfəs-n əfəsə oturmuş adamlara baxanda Tahiri heyrət götürdü. Rayon mərkəzində gördüyü iki yüz nəfərlik ta maşa otağını bu salonla müqayisə edəndə, bu axşam bütün şəhərin bu raya axışıb gəldiyini düşündü. Böyük salonun parterində, iki mərtəbə lojalarmda və amfiteatrında iynə salmağa yer yox idi. Sanki tamaşaçı lar da Tahirin indiyə qədər gördüyü və tanıdığı adamlara bənzəmirdi lər. Hamının səsi bir-birinə qarışmışdı. Salonun tavanından asılmış böyük çilçırağın işığında rəng verib-rəng alan m üxtəlif sifətlər və ən çox da onların zəngin, rəngbərəng libasları Tahirin heyrətini birə min artırırdı. Tahirə elə göründü ki, guya hamı ona baxır, onun sadə və yoxsul geyimindən danışır, belə təntənəli bir salona kənd yerində gey diyi uzunboğaz çəkmə, qalife şalvar v ə qoşa cibli mixəyi köynəkdə