Xələfli A. A


§ 115. Orta miqyaslı geoloji xəritəalma



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə155/168
tarix27.12.2023
ölçüsü2,8 Kb.
#199138
1   ...   151   152   153   154   155   156   157   158   ...   168
geofiziki kesfiyyat usullari

§ 115. Orta miqyaslı geoloji xəritəalma 
Geofiziki işlərdə, orta miqyasl xəritəalmada adətən əvvəlcə 
geoloji xəritəalma aparılır.Qarşısında qoyduğu məsələyə görə bu 
kicik miqyaslı, məhəlli xəritəalma ilə çox yaxındır, ona görə də bunu 
çox hallarda məhəlli xəritəalma ilə bir mərhələdə aparırlar. 
Orta miqyaslı xəritəalmada kompleks geofiziki işlər görülür. 
Buraya daxildir; aeromaqnit planalma, qravi kəşfiyyat, elektrik 
kəşfiyyatı seyismik kəşfiyyat. İşlər 1:200.000 miqyasında yaxud 
1:100 000 miqyasında aparılır. 
Platforma ərazisində qeofiziki nəticələr bünövrənin səthinin 
relyefini tərkibini, quruluşunu və çökmə örtüyünü öyrənmək üçün 
istifadə edilir. 
Kənar cökəkliklərdə geofiziki tədqiqatlar, əsasən, çökmə örtüyün 
tərkibini, quruluşunu öyrənmək ücün istitfadə olunur. Belə halda 
çökəkliyin sərhəd zonasında çökmə qatının yatım bucağı kəskin 
dəyişir, müxtəlif yaşlı süxurlar burada uyğun olmayaraq yerləşir
bunu təyin etmək üçün maqnit və qravi kəşfiyyat əsas rol oynayır. 
Çökəkliyin mərkəzi hissəsində elektrik və seysmik kəşfiyyatlarla 
keyfiyyətli tədqiqatlar ayrı-ayrı profillərlə və kəsilişlərlə aparıla 
bilər.
Dağarası cökəklikləri və cala-çuxur əraziləri platforma ərazi-
sində ayrılan eyni kompleks geofiziki üsullarla öyrənirlər. 
Qırışıqlıq ərazilərdə ana süxurlar üzə cıxır, yaxud cox da qalın 
olmayan cökmə süxurları ilə örtülür. Burada əsasən tədqiqat işləri 
maqnit yaxud qravi kəşfiyyat üsulları ilə aparılır. Seysmik və 
elektrik kəşfiyyatını istinad profillərində və açıq sahələrdə kömür və 
neftin varlığı güman olunan sahələrdə aparırlar. Orta miqyaslı 
xəritəalmada geofiziki tədqiqatların nəticələri özünü fiziki sahələrin 
xəritəsindəki kimi əks etdirir. Xəritə 1:200 000 miqyasında qurulur. 
downloaded from KitabYurdu.org


324 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin