321
üsula ayrılır. Yerin dərin qatlarını öyrənən geofiziki üsullara
aşağıdakılar daxildir. Seysmik kəşfiyyat, qravi kəşfiyyat, maqnit
kəşfiyyatı və elektrik kəşfiyyatı.
Seysmik kəşfiyyatda Yer qabığını tədqiq etmək üçün dərin
seysmik zondlama, profilləmə və seysmoloji üsuldan (uzaq və yaxın
ərazilərdən gələn dalğaları qeyd etməklə) istifadə olunur. 100-1000
km-lərlə uzanmış seysmik
profillər bizə imkan verir ki, litosferin
elastiklik xassələrinə görə Yerin daxili quruluşu haqda mülahizələr
irəli sürək. Seysmik üsul ən dərin tədqiqat mənbəyidir, ona görə də
bunun köməyi ilə Yerin ən dərin qatlarında Yer qabığının əsas
səthlərinin sərhədlərinin təyin olunması (litosfer), Maxoroviç
səthini, Konrad sərhədini öyrənir, kristallik bünövrənin üst qatını və
s. öyrənməyə imkan yaradır. Bu üsul çökmə qatın quruluşunun da
öyrənilməsinə imkan verir. Maxoroviçiçin alt sərhədində mantiya
yerləşir üst qatı
litosferə daxildir, bu da seysmik üsulla xəritəyə
alınır. Yer qabığının əmələ gəlməsində və inkişafında okeanın
altındakı dağ silsilələri və kontinental rift kimi xətti strukturnar
xüsusi əhəmiyyət kəsb edir. Rift sistemləri, elastik xassələrin dəyiş-
məsi ilə bərabər eyni zamanda maqnit, sıxlıq və xassələrlə təsvir
olunur. Bunlar qravi kəşfiyyat, maqnit kəşfiyyatı üsulları ilə xəritəyə
alına bilir, eyni zamanda geofiziki üsullarla da burada yaranan fiziki
sahələri bir-birindən asanlıqla ayırmaq olar.
Maqnittellurik cərəyan üsulu Yer qabığının dərin qatlarının və
mantiyanın elektrik keçiriciliyini, o cümlədən, Yerin dərin qatlarında
mantiyada yerləşən elektrik keçiriciliyi kristallik süxurun
keçiriciliyindən 3-4 tərtib çox olan kütləli qatın
öyrənilməsinə imkan
verir.Məhəlli quruluşu öyrənən qeofiziki tədqiqat iki mərhələdə
aparılır: birinci mərhələdə qeofiziki üsulla Yer qabığında əsas geoloji
quruluş ayrılır, ərazinin ümumi quruluş planı aydınlaşdırılır. Yer
qabığının əsas ümumi vahidinə dərin qırılmalar, okean quruluşları,
mərkəzi okean dağ silsilələri, geosinklinal və platformalar daxildir.
Adları çəkilən quruluş vahidlərini aşkar etmək üçün 1:200.000
miqyasında qravimetrik və aeromaqnit planalmaları, istinad
kəsilişlərində isə seysmik və elektrik kəşfiyyat işləri aparılır.
downloaded from KitabYurdu.org
322
Kristallik özülün və çökmə qatın quruluşunu və tərkibini
öyrənmək üçün ikinci mərhələnin qarşıya qoyduğu geofiziki
kəşfiyyat məsələsinin həllinə baxılır. Özülün əraziləri üçün üç
yaruslu
(aşağıdan
yuxarı)
quruluş,
kristallik
özülün,
metamorfikləşmiş süxur tapıntıları, qırışıqlarla qırılmalar,
müxtəlif
tərkibli inturiziyalarla yarılıb çıxan orta quruluş yarusu, effuziv,
terrigen karbonatlı komplekslər və kristallik özülün üstünü örtən
çökəkliklərdəki, qismən metamorfikləşən komplekslər; çökmə yolu
ilə əmələ gələn örtüyü, zəif diferensiallaşmış metamorfizmə
uğramamış süxurlardan ibarətdir. Nadir
hallarda intruziyalarla
yarılır. Qeofizika üsulu ilə platformalarda kristallik özülün səthinin
relyefi tərkibi və daxili quruluşu öyrənilir, burada çökmə və aralıq
yarusları bir-birindən ayrılır və bunların daxili quruluşları aşkar
edilir.
Özülün yerləşdiyi dərinlik və səthinin relyefi demək olar ki,
bütün geofiziki üsullarla öyrənilə bilər, belə ki,
özülün metamorfik
süxuru fiziki xassələrinə görə bunun üstündə yerləşən aralıq
yarusunda olan və çökmə örtüyün süxurlarından kəskin fərqlənir.
Özülün səthi yüksək sürətli (5500-6500m/s) sınan dalğalar sərhədinə
çevrilir, ona görə də sınan dalğalar seysmik üsulu əsas tədqiqat
üsullarının biri olur.
Özülün tərkibini və quruluşunu qeofiziki üsulların hamısı ilə
öyrənmək olar. Özülün sıxlığına, maqnit, elastik xassələrinə görə
fərqlənməsi bizə burada dərin qırımlarla məhdud olan blokları
ayırmağa imkan verir. Məhəlli struktur tədqiqatlarında, maqnit
kəşfiyyatı üsulu xüsusi rol oynayır. Bu üsul təxmini olaraq Yer
qabığında müxtəlif inkişaf tarixli böyük blokların sərhədlərini,
platformaları, platforma düşmə və qalxmalarını, geosinklinolları,
dağətəyi və dağlararası çökəklikləri, qırışıqlarla
səciyyələnən
zonaların (qurşaqların) izlənməsini və tektonik hərəkətlərin
elementlərinin təyini, tektonik pozulmaların istiqamətinin təyini,
dayka komplekslərin izlənməsi və intruziya və effuziv maqnetizm
yaradan sahələri və s. aşkar etməyə imkan verir. Çökmə örtüyün tərkib
və quruluşunu öyrənməkdə xüsusən sərfəli olan seysmik və elektrik
downloaded from KitabYurdu.org
323
kəşfiyyatıdır. Qeofiziki nəticələrin kompleks təhlili ilə özülün üst qatının
relyefin geoloji və qeofiziki kəsilişlərin və s. fiziki sahələrin xəritəsi
qurulur. Bu və ya digər faydalı qazıitılar ehtimalı
olan sahələri qeyd
etməklə geoloji quruluş xəritəsi qurulur.
Dostları ilə paylaş: