313
səthində olan dəyişən cərəyan körpüsünü tarazlıqda saxlamaq üçün
körpünün bir qoluna birləşdirilir. Makaranı quyunun divarı
boyunca hərəkət etdirməklə maqnit qavrayıcılığı
müxtəlif olan
süxurlarda induktivliyin dəyişməsi baş verirr və körpünün tarazlığı
pozulur. Ölçmə dövrəsində gərginlik yaranır,bu da süxurun maqnit
qavrayıcılığı ilə mütənasibdir və karataj diaqramında qeyd olunur.
Maqnit qavrayıcılığı karatajından dəmir və tərkibində müxtəlif
metallar olan qum daşları laylarını, kvars və vulkanik süxurları
ayırmaq üçün istifadə olunur.
Nüvə maqnit karatajı quyunu əhatə edən mayenin tərkibində olan
sərbəst protonların presesiyasını öyrənməyə əsaslanıb.
§ 109. Quyu ətrafı və quyulararası tədqiqatlar
Belə tədqiqatlar quyu ətrafında, süxur massivlərində və quyular
arasında yerləşmiş ərazidə faydalı qazıntılar axtarmaq məqsədi ilə və
geoloji mühəndis məsələlərini həll etmək üçün aparılır. Belə
tədqiqatlar eyni zamanda dağ mədən istehsal yerləri arasında
yerləşən massivlərin öyrənilməsi məqsədi ilə aparılır.
Quyuətrafı və quyuarası tədqiqatlarda yuxarıda yazılmış bir
neçə üsuldan elektrik axtarışı, seysmik axtarış və iki orijinal quyu
maqnitometriya və qravimetriya üsulundan istifadə olunur.
Quyu maqnit axtarışı, maqnit sahəsi
elementlərinin quyuda
ölçülməsinə əsaslanıb. Quyu proton maqnitometri yerin tam
vektorunun T qiymətini ölçməyə imkan verir (§32 bax). Quyu
maqnit axtaırış üsulu ilə maqnitli
filizləri aşkar etmək olur, bu,
quyunun divarlarından xeyli məsafədə yerləşdikdə də (500 m və daha
çox) aşkar etmək mümkün olur. Maqnit ölçmələri yalnız boru
buraxılmayan quyularda aparıla bilər.
Quyu qraviaxtarışı üsulu xüsusi hazırlanmış
quyu qravimetrləri
ilə quyu divarlarında ağırlıq qüvvəsinin elementlərini təyin etməyə
əsaslanıb. Bu qravimetr yerüstü astazirlənmiş
kvars qravimetrlərin
prinsipində işləyir, yalnız uzaqdan idarə oluna bilir. Quyu divarından
bir neçə metr məsafədə süxurun orta sıxlığını təyin edə bilir. Bu üsul
neft qaz yataqlarının və xromit filizinin axtarışında istifadə olunur.
downloaded from KitabYurdu.org
314
Elektrik axtarışları (dördüncü hissəyə bax) quyulararası məkanda
yalnız radio dalğalı şüalanma üsulundan istifadə olunur. İki seysmik
axtarış
üsulundan; şaqulu seylsmik profilləmə və akustik şüalanma
üsulundan, da istifadə olunur (beşinci hissəyə bax).
Dostları ilə paylaş: