318
Şəkil 99
.
Quyuda mayenin miqdarının dəyişməsini ölçən cihazın
elektrik sxemi (a).
Mayenin miqdarının dəyişməsini ölçən mexaniki Şlyumberc firmasının
qurğusu (b). 1-paker; 2-Maqnit tənzimləyicisini hərəkətə gətirən fırlancaq.
Mexaniki sərf olmanı ölçən cihaz mayenin axma sürətini cihazın
daxilində yerləşən fırlanan pərin hesabına ölçür. Bu pər maqnit
ayrıcısına birləşdirilir və pərin fırlanma tezliyini təyin edir. Quyuda
suyun tam pərdən keçməsi üçün pakeri bağlayırlar.
Termoelektrik sərf olmanı ölçən cihaz qızan müqavimətin
soyumasına əsaslanıb (datçik). R
d
axan suyun içində yerləşdirilir bu
isə suyun bir istiqamətdə xətti axma surətindən asılıdır (şəkil 100 a).
Termoelektrik sərf olunmanı ölçən cihaz fontan vuran quyulara nasos
və kompressorlarla birləşdirilir.
Cihazın göstəricisi ya öz üzərində yerləşdirilir,
yaxud uzaq
məsafədən idarə olunur. Mexaniki cihaalar orada axan məhlulun tə
rkibindən asılı deyil və axan mayenin intensivliyini dəqiq qeyd
edir. Termoelektrik cihaz isə burada axan məhlulun tərkibindən asılı
downloaded from KitabYurdu.org
319
olduğu üçün yəni məhlul çox fazalı olduqda axma intensivliyini
keyfiyyətcə təsvir edir.
Quyuda suyun udulması, yaxud axıb gəlməsi laylardakı
təzyiqdən və bir də quyunun içindəki təzyiqdən asılıdır. Eyni bir lay
həm su verən, həm də udan ola bilər.
Su verən, udan laylar çox
hallarda quyuya buraxılan borunun arxası ilə əlaqədar olur və boru
arxasında suyun axması davam edir, ona görə də suyun axıb gələn və
udulan yerini bir də boru arxasında axma yerini təyin etmək eyni
zamanda aparılır. Bu məqsədlə quyularda məhlulun xüsusi
müqavimətini, temperaturunu və
radioaktiv izotop üsulu ilə
radioaktivliyini təyin edirlər.
Su axıb gələn yeri çox hallarda xüsusi elektrik müqavimətini
və temperaturunu ölçməklə təyin edirlər. Bu halda ölçmələr quyuya
məhlul vurmaqla, yaxud məhlulu quyudan çəkməklə aparılır. Quyuya
məhlul vurma üsulunda əvvəlcə quyu bircinsli məhlulla doldurulur,
bu məhlul həm xüsusi müqavimətə, həm də temperaturuna görə lay
suyundan fərqləndirilməlidir. Quyuda məhlulun təzyiqi laydakı
təzyiqdən çox olmalıdır. Quyu doldurulduqdan sonra birinci ölçmələr
(1) aparılır, ya xüsusi müqavimət, yaxud da temperatur təyin olunur
(şəkil 100 a). Sonra quyudan məhlul sorulub çıxarılır, imkan yaradılır
ki, laylardan su axıb quyuya dolsun. Elə ki, suyun səviyyəsi gəlib
çatdı əvvəlki səviyyəyə yenidən xüsusi müqavimət və (2)-ci
temperatur ölçülür. Quyuya su axıb gələn yerdə müqavimət və
temperatur
əvvəlki ölçməyə nisbətən ya az, ya çox olacaqdır. Bir
neçə ölçmə aparmaq su gələn yeri yüksək dəqiqliklə təyin etməyə
imkan verir
.
Təzyiqlə quyuya məhlul vurma üsulunda da ölçmələr nəzarət
ölçmələrindən başlanır, burada da quyuda bircinsli məhlulun xüsusi
müqaviməti və temperaturu ölçülür,
sonra quyuya ya su, yaxud tərkib
etibarı ilə əvvəlkindən fərqlənən gilli məhlul vurulur və ölçmələr
aparılır. Hər ölçmədən qabaq quyuya yeni, müəyyən miqdarda
məhlul vurulur. Beləliklə, su axımının
sərhədinin dəyişməsini mü-
şahidə edirlər. Borunun arxasında axan mayenin təyini üçün
termometr üsulu ən əlverişlidir. Borunun çölündə maye axını
downloaded from KitabYurdu.org
320
yoxdursa, quyudakı məhlulun termoqramması əyimliyə malik olacaq.
Düz xətli o vaxt olacaq ki, dərinliyə görə temperatur təbii olaraq
qalxacaqdır (1). Əgər borunun arxasında axma varsa,
onda həmin
hüdudlarda gilli məhlulun temperaturu sabit qalacaqdır (3) (şəkil 100
c).
Şəkil
100.
Quyuda su gələn yerin təyini (a b) və borunun ətrafında suyun
hərəkətinin termometrlə və rezistvimetrlə təyini (c).
Bəzi hallarda borunun arxasında su axımının olub-olmamasını
təyin etmək üçün radioaktiv izotoplar üsulundan istifadə edirlər.
Tədqiqatı adətən quyu metodundakı qamma-aktivliyi ölçməklə
aparırlar. Sonra quyuya müəyyən aktivləşmiş zənginlikli radioaktiv
izotop məhlul vurulur. Bu məhlulu laylara təzyiqlə vururlar, sonra
quyunu yuyaraq radioaktiv izotopdan təmizləyirlər.
Dostları ilə paylaş: