325
Bünövrəli yerdəyişməyə məruz qalan faydalı qazıntılar lay şəkilində
yerləşir.
Kəşfiyyat və xəritəalma işlərində aparılan üsullardan biri
aeromaqnit planalmadır. Bu üsulla xüsusilə yaxşı nəticələri açıq
ərazilərdə 50 000 miqyasda planalma işi aparmağa başlamamışdan
qabaqkı mərnələdə alınır. Bununla birlikdə aeroqamma spektro-
metrik planalma işləri də aparılır. Bundan eyni zamanda həm
xəritəalma, həm radoiaktiv elementlərin yataqlarının, həm də nadir
torpaq lərinin kəşfiyyatı ücün istifadə olunur. Üstü örtülmüş
ərazilərdə aparıcı rolu elektrik profillmə, zondlama və seysmik
kəşfiyyat üsulları oynayır.
Qarşıya qoyulan məsələdən və ərazidən asılı olaraq təfsilatı ilə işi
aparmaq üçün qravi kəşfiyyatdan, Yer üstü maqnit kəşfiyyatından,
təbii elektrik sahəsindən, təbii və sünii yaradılmış polyarizasiya, təbii
dəyişən elektrik cərəyanı sahəsindən, elektrik profilləmə, zondlama,
seysmik kəşfiyyatdan maqnitotellurik zondlama üsulundan istifadə
etmək əlverişlidir. Çöl işləri ərazidən nümunələr götürməklə aparılır
ki, həmin nümunələrdə süxurların fiziki xassələri öyrənilir.
Geofiziki işlərdən alınan məlumatlar kompleks olaraq təhlil
olunur, burada imkan dairəsində bütün geofiziki, geoloji,
geokimyəvi, geomorfoloji nəticələrin hamısı cəlb olunmalıdır.
Kəşfiyyat və xəritəalma işlərin nəticələri geoloji struktur fiziki sahə,
tektonik sxemlər xəritəsində və geoloji-geofiziki kəsilişlərdə öz
əksini tapır.
Geoloji-geofiziki kəşfiyyat və xəritəalmaların köməyi ilə tədqiqat
aparılan ərazidə bu və ya digər faydalı qazıntılar yatağının olub-
olmaması haqda bilavasitə məlumat almaq olur.
Dostları ilə paylaş: