329
İntruziyalar fiziki xassələrinə: maqnit qavrayıcılığına, sıxlığına,
elektrik keçiriciliyinə, elastik dalğaların surətinə və s. görə
yerləşdiyi
süxurlardan çox fərqlənir,
Mədən axtarma mərhələsində həll olunan məsələlər
: 1)
İntruziyalarla zəngin olan zonaların aşkar edilməsi, 2) intruziyaların
özlərinin daxili quruluşunun öyrənilməsi, məqsəd bunun daxilində
filizin bir Yerə toplanmasına şərait olan sahələrin aşkar edilməsidir.
Kəşfiyyat geofiziki işlər aeroüsulla aparılır.
Apatit-nefelin filizi (yataqları) qələvi tərkibli intruziyaların
qatlara ayrılması ilə əlaqədardır. Süxurlar və filizlər sıxlığına və
maqnit qavraycılığına
görə fərqlənir, bunlar imkan verir ki, bütün
axtarış işlərində maqnit və qravi kəşfiyyat üsullarından istifadə
olunsun.
Mis-nikel sulfid yataqları, ultraəsası və əsası massivlərlə
əlaqədardır. Filiz zonalarının vəziyyəti zonanın laylara ayrılması,
dağılması, süxurların hidrotermal
dəyişməsi və toxunma
Yerlərində müxtəlif tərkibli süxurların olması ilə nəzarət olunur.
Məhəlli işlər aparma ərəfəsində aeromaqnit kəşfiyyatı,
qravikəşfiyyat, elektrik kəşfiyyatı üsullarından istifadə olunur.
Geofiziki planalmanın nəticələri qırışıqlarla səciyyələnən zonaları
ayırmağa imkan verir. İntruziyanın axtarışı və morfologiyasının
öyrənilməsi maqnit kəşfiyyatı və qravi kəşfiyyatla aparılır. Sulfid
minerallaşmasının axtarışı və izlənməsini elektrik kəşfiyyatı üsulu
ilə aparırlar.
downloaded from KitabYurdu.org
330
Ultraəsasi, əsasi süxur massivlərində laylara ayrılmayan və pis
ayrılan yataqların axtarışı.
Buraya çoxsaylı yataqlar almaz, xrom, peqmatitli platin və başqa
faydalı qazıntılar daxildir. Xromit yataqları ultraəsasi süxurlarda
cəmləşirlər və yüksək sıxlığı və yaxud zəif maqnitliyi ilə fərqlənirlər.
Xüsusi müqavimətinə görə
yerləşdiyi süxurdan seçilmir, buna görə
də xrom axtarma işlərində qravi kəşfiyyatdan istifadə olunur.
Xəritəalma məsələlərində və ultraəsası massivlərin sərhədlərinin
aşkar olunmasında aeromaqnit kəşfiyyat üsulundan istifadə olunur.
Peqmatit yataqları nadir torpaq elementləri, slyuda,
keramika
xammal mənbəyi adlanır. Qruluşuna və genetikasına görə peqmatit
biotitli qranit massivləri qırışıqlı platforma çərçivəsində müxtəlif
yaşlı quruluşların birləşdiyi Yerlərlə əlaqədardır. Yatağın axtarışı
üçün aeromaqnit və qravi kəşfiyyat üsullarından istifadə olunur,
yatağın tam dəqiqləşməsi üçün elektrik profilləmə üsulundan istifadə
olunur.
Köklü almaz yataqları kimberlit borularındakı
kütlələr ilə
əlaqədardır, bunlar dayka damar, yaxud boru şəkilli olurlar.
Kimberlit kütlələri və yerləşdiyi süxurlar maqnit xassələrinə görə bir-
birindən fərqlənən laylara ayrılırlar. Kimberlit süxurlarının
maqnitliyi çox yüksəkdir. Kimberlitlərin yerləşdiyi və üstünü örtən
çökmə süxurları maqnit xassələrinə malik deyil. Bəzən kimberlit
kütlələri trap qayaları ilə örtülü olur. Belə ki,
onlar maqnit
xassələrinə görə geniş hüdudda dəyişməsi ilə təsvir olunur. Ona görə
də kiçik qalınlıqlı çökmə süxurları ilə örtülən kimberlit trubkalarını
axtarmaq üçün geofiziki üsullardan əhəmiyyətli sahələri ayırmaq
üçün 1:200 000 miqyasında aeromaqnit kəşfiyyatından və qravi
kəşfiyyatdan istifadə edirlər. Kimberlit borularının axtarışını
kompleks geofiziki üsullarla aparırlar,buraya aeromaqnit kəşfiyyat,
Yerüstü maqnit axtarışı miqyası 1:10 000 və 1:5000, daxildir.
Elektrik kəşfiyyatı induksiya üsulu ilə və yüksək dəqiqlikli qravi
kəşfiyyatla həmin miqyasda axtarış işi aparılır (şəkil101).
downloaded from KitabYurdu.org