63
Təbiətdə bəzi katastrofik
hadisələr mövcuddur ki, insanlar yaşayan
ərazidə çoxlu insan tələfatına səbəb olur. Xüsusilə, o hadisə
dəhşətlidir ki, hələlik proqnozlaşdırmaq mümkün olmayıb. Buna
dağıdıcı
qüvvəyə malik olan zəlzələni, dağ uçqunlarını, eyni
zamanda dərin şaxtalarda böyük miqdarda süxurların şaxtanın boş
hissəsinə atılmasını misal gətirmək olar. Bütün bu hadisələr
massivin bəzi hissələrində gərgin vəziyyətin yaranması ilə
əlaqədardır. Bu sahələr böyük və kiçik ola bilər, bunların ölçüləri
müxtəlif səbəblərdən məhdudlaşa bilər.
Ərazinin sahəsi bəzi
hissələrdə gərginliyin qiymətinin böyük və kiçikliyi ilə təyin olunur.
Tektonik gərginliyin təsirindən iş yerlərində şaxtanın divarları
müəyyən çatlar sisteminə çevrilir, belə olan halda əgər massiv
müxtəlif tərkibli bloklardan ibarətdirsə,
onda eyni gərginlik bu
bloklardan biri üçün katastrofik ola bilər, onda şaxtada uçulub
dağılma baş verə bilər.
Hal-hazırda bizim planetimiz Yer demək olar ki, qeyri-bərabər
gərginlik vəziyyətindədir. Yer qabığında və üst mantiyada müasir
sahənin gərginliyi qlobal və kvazidəyişməz xarakterə malikdir. Bu
sahənin gərginliyi məkanın hər nöqtəsində
iki hissədən regional və
lokal gərginlikdən ibarətdir. Yer qabığının üst bərk hissəsində üfüqi
gərginliyin qiyməti bunun üstündə yatan süxurların yaratdığı
ağırlıqdan bir neçə dəfə çoxdur (1 km dərinlikdə 1,5 kbara qədər
olur). Aparılan tədqiqatlar göstərir ki, zəlzələlərin Yerin elastiki
gərginliyi sahəsində baş verməsində
üstünlüyü üfüqi gərginliyin
hesabına sıxılmalar yaradır. Lokal gərginliklər isə regional gərginliyə
əlavə olunur, görünür ki, bunun dəyişməsi katastrofik hadisələrin baş
verməsinə gətirib çıxarır. Süxur massivlərinin qırılıb dağılmasını
öncədən təyin etmək üçün süxurların qırılıb dağılma mexanizmini
yaxşı bilmək lazımdır (mürəkkəb qeyri bircinsli kristallik bərk
cismləri). Vaxta görə gərginliyin dəyişməsi nəticəsində bərk
cismlərin fiziki xassələri necə dəyişir? Məsələn,
uzun müddətli
zəlzələləri öncədən aşkar etmək üçün bu zəlzələlərin təkrar olunma
qrafikinin qurulması çox vacibdir. Dəqiq olaraq müəyyən edilib ki,
Yer qabığının daxilində qırılıb dağılmalar o yerdə baş verir ki, orada
downloaded from KitabYurdu.org
64
gərginliyin paylanması hidrostatik gərginlikdən fərqlidir. Aparılan
müşahidələr göstərir ki, kifayət qədər
güclü zəlzələdən qabaq
öyrənilən geofiziki parametrlər anomal olaraq dəyişir, ancaq ərazidə
zəlzələ gözlənilmirsə, onda bu öyrənilən geofiziki parametrlər də
dəyişməz olur.
Tədqiqatçılar zəlzələ baş verə biləcək ərazidə zəlzələ
mərkəzində uzununa dalğaların sürətinin
dəyişməsini müşahidə
etməyə çalışmışlar, güman ediblər ki, massivin qırılıb dağılmasına az
qalmış massivin gərginliyi fəal dəyişməyə başlayır. Bu məqsədlə
yüksək seysmikliyə malik olan ərazilərdə vaxtaşırı əvvəldən seçilmiş
profil üzrə bircinsli sualtı partlayış yaradırlar. Bundan müxtəlif aylar,
illər üçün alınan seysmoqrammaları müqayisə edərək eyni bir ərazi
üçün Yer qabığında elastiki dalğanın yayılma məsafəsini təyin
edirlər.
Yer qabığında və üst mantiyada zəlzələdən əvvəl eyni bir yerdə
(məsafədə) zamanın dəyişmə tendensiyası qeyd olunur.
Seysmikliyi çox olan ərazilərin müxtəlif
hissələrində uzununa
və eninə dalğaların nisbətini öyrənirlər. Bu nisbətin vaxtdan asılı
olaraq dəyişdiyi aşkar edilib. Zəlzələ təkanı olacaq yerdə bu nisbətin
yəni v
p
/v
S
1,62 qiymətinə qədər azaldığı zəlzələdən sonra isə 1,71
səviyyəsinə (ümumi) qədər artdığı müəyyən edilmişdir.
Zəlzələnin əvvəlcədən proqnozlaşdırma nişanələrini axtarmaq
üçün bu prosesin baş vermə mexanizmini və zəlzələ baş verəcək
massivdə süxurların fiziki xassələrinin necə dəyişdiyini yaxşı bilmək
lazımdır.
Dostları ilə paylaş: