61
verməsi nəticəsində süxurun elastiklik parametrlərinin azalması baş
verir. Süxurun mineral tərkibinin dəyişməsi fiziki xassələrə müxtəlif
cür təsirlər edə bilər. Əvvəldə deyildiyi kimi olivinin serpentləşməsi
süxurun sıxlığının və elastik dalğaların sürətinin azalmasına səbəb
olur. Piroksenitlərin və piroksenitli süxurların amfibollaşması onun
xassələrini dəyişdirmir, çünki piroksenitin və amfibolun elastiki
parametrləri yaxındır. Ancaq çox hallarda
metamorfizm nəticəsində
süxurlarda yüksək elastikliyə malik olan amfibol, epidot, xlorit və
digər minerallar əmələ gəlir ki, bu mineralların hesabına metamorfik
süxurlarda sıxlıq və elastiklik artır.
Dostları ilə paylaş: