Xələfli A. A



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə26/168
tarix27.12.2023
ölçüsü2,8 Kb.
#199138
1   ...   22   23   24   25   26   27   28   29   ...   168
geofiziki kesfiyyat usullari

 
§4. Məsaməliliyin təsiri
. Əvvəldə göstərildiyi kimi süxurun 
fiziki və mexaniki xassələrinə yüksək təzyiq və temperaturada təsir 
edən faktor mineral tərkibdir. Bununla yanaşı, süxurun elastiki və 
mexaniki xassələrinə təzyiqinin təsiri nəticəsində dəyişməsi 
prosesinə təsir edən faktor məsaməlilikdir. Buna görə də süxurların 
bir çox xassələrinin dəyişməsi çox məsaməli süxurlarda, az məsaməli 
süxurlara nisbətən daha böyük olur. 
Madam ki, mineral tərkib ilk növbədə süxurlarda elastiki dal-
ğaların sürətinin səviyyəsini və mexaniki parametrlərini təyin edirsə, 
onda məsaməlilik və məsamələrin forması təzyiqinin funksiyası 
olaraq bu xassələrin əyrilərinin xarakterindən asılı olacaq. Süxurların 
məsaməliliyinin formasına baxaraq bu nəticəyə gəlmək olur ki
məsamələrin forması çox müxtəlif olur. Biz əsasən bunun iki növynə 
baxaq. Həcmi məsaməlilik ölçüləri bütün istiqamətlərdə eyni 
tərkibdə olur və yarıq-yarıq məsamələr yaxud mikroçatlardır, 
bunların ölçüləri bir istiqamətdə 2-3 tərtib o biri istiqamətdən azdır. 
Bu təsəvvürlərə əsasən məsaməli bərk cismlərin modeli üçün 
hesablamalar aparılmışdır və göstərilmişdir ki, nəzəri əyrilər v=f(p) 
downloaded from KitabYurdu.org


53 
süxurun təcrübi əyrilərini çox yaxşı əks etdirir. Bu iki növ 
məsaməliliyin olması süxurlar üçün v=f(p) tipik qrafiki ilə 
əlaqədardır (Şəkil 15). Bunlardan birincidə sürət xeyli artır, ikincidə 
təzyiqin böyük qiymətində sürətin artması yavaş gedir. Birinci 
hissədə sürətin artımı təzyiq artdıqca süxurda olan deşiklər və 
dənələrin təmasları arasındakı mikroçatlar bağlanır və bütöv bir 
mühit yaradır, bu oblastda sürətin kəskin artmasına səbəb olur, bu da 
süxurun akustik keçiriciliyinin güclü artmasına səbəb olur. 
Çökmə süxurlarda məsaməlilik süxurun elastiklik xassəsinə 
çox təsir edir. bütün çökmə süxurlarda məsaməlilik çox böyük olur. 
Süxurun gövdəsi çox hallarda kifayət dərəcədə yumşaq olur. 
Nəticədə təzyiqin təsirindən məsaməlilik geriyə dönməz dəyişməyə 
məruz qalır. Böyük dərinliklərdən götürülmüş eyni tip süxurlarda 
məsaməlilik az qiymətə malik olur və elastiklik parametrlərin 
məsaməlilikdən asılılığı eyni olur. 
Axırda məsaməliliyin, süxurların elastiklik əmsalına və əksinə 
davamlılığına baxaq. Bu xüsusiyyətlər təbii olaraq məsaməlilik art-
dıqca azalmağa başlayır. Az çatlı bərk süxurlarda Yunq modulu üçün 
ümumiləşmiş qiymətlərin məsaməlilikdən asılılıq diaqramı veril-
mişdir (Şəkil 15). 
Şəkil 
15. Bərk süxurlarda məsaməliliyin elastiklik (a) və sıxlıq (b) 
xarakteristikalarına ümumiləşmiş təsiri. 
downloaded from KitabYurdu.org


54 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin