76
yuksəkliyə hesablanmış sahə). Geoloji
hədəfin quruluşu ilə onun
üstündə yaranan geofiziki sahə arasında bilavasitə uyğunluq
mövcuddur, çünki hər ikisi yer səthinin eyni ərazisinin quruluşunu
əks etdirir.
Əgər ərazi
eyni süxurdan ibarətdirsə, yəni bircinsli mühitdirsə,
bütün həcmdə fiziki xassə eyni qiymətə malik olarsa, eyni zamanda
bunun üzərində yaranan geofiziki sahə də eyni olmalıdır. Əgər
bircinsli mühitdə dayka damarları, layları, intruzya və yaxud filiz
birləşmələri varsa və bunlar fiziki xassələrinə
görə bir-birindən
fərqlənirsə, yer səthində bunlar üzərində yaranan geofiziki sahə
kəskin dəyişəcək və fərqlənəcəkdir (şəkil 24,25).
Şəkil
24.
Fiziki sahənin qiymətiiin marşrut üzrə dəyişmə qrafiki. 1 qum
daşları, 2. qidrotermal yolla dəyişdirilmiş karbonatlı süxurlar. 3. gilli şistlər.
Bircinsli mühit üzərində fiziki sahə normal sahəyə,
sahələr
geoloji hədəflər üzərində (lay, damar, filiz birləşmələri və s.) isə
anomal sahəyə uyqun gələcəkdir. Mürkkəb geoloji hədəflərdə
müşahidə olunan geofiziki sahə həm normal,
həm də anomal
sahələrin cəmi kimi götürülür. Geoloji hədəfin mövcud olduğu
mühitdə yaratdığı fiziki sahənin paylanmasının pozulmasına
geofiziki, anomaliya deyilir.
Ölçülən sahənin qiymətlərindən istifadə edərək geofiziki sahənin
xəritəsi düzəldilir. Xəritə üzərində fiziki sahənin paylanmasını
öyrənərək ərazidə hər hansı geoloji hədəfin yaratdığı anomal sahələri
downloaded from KitabYurdu.org
77
ayırırlar. Geofiziki anomaliyalar ölçülərinə, formasına,
tutduğu
sahəsinə görə müxtəlif ola bilər, cünki geofiziki sahə geoloji hədəfin
ölçüsündən, formasından, yerləşdiyi dərinlikdən, onun qalınlığından,
Dostları ilə paylaş: