75
Fiziki sahə materiyanın elə hissəsidir ki, maddənin tərkibində
olan hissəcikləri bir-biri ilə vahid sistemdə birləşdirir və hissəçiklərin
təsirini birindən digərinə ötürür (yəni hissəciklər arasında qarşılıqlı
təsir yaradır). Fiziki sahəyə elektromaqnit sahəsi misal ola bilər, bu,
yüklu hissəciklər arasında yaranan qarşılıqlı təsir sahəsidir. Cazibə
sahəsi (qravitasiya sahəsi) bu nuklonlar arasında yaranan qarşılıqlı
təsir dairəsidir. Fizikanın tarixində öyrənilən sahələrdən birincisi
elektromaqnit sahəsidir (XIX əsr).
Hər bir nöqtədə fiziki sahə müəyyən qiymətə malikdir. Bu
qiymət həm skalyar, vektorial ola bilər, eyni zamanda, fiziki sahə
həm vektorial, həm də skalyar ola bilər. Geofiziki üsulla həm təbii,
həm də süni yaranmış fiziki sahələri öyrənmək olur.
Təbii sahələrə
Yerii maqnit sahəsini, ağırlıq qüvvəsi sahəsini və bir neçə növ
elektrik sahəsini, radioaktiv elementlərin paylandığı yerdə yaratdığı
sahələr aiddir. Bu sahələrin yaranmasında insan iştirak etmir, bunu
təbiət özu yaradır.
Süni sahələrə
elektromaqnit sahələri, elastik dalğaların yaratdığı
sahə, süni radioaktiv sahələr aiddir. Süni elektromaqnit sahəni yerə
cərəyan buraxmaqla, yaxud qapalı yerlə əlaqəsi olmayan konturdan
cərəyan buraxmaqla əldə etmək olar. Süni elastik dalğaları yerdə
Dostları ilə paylaş: