Xələfli A. A


§ 15. Fiziki sahə və anomaliya



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə36/168
tarix27.12.2023
ölçüsü2,8 Kb.
#199138
1   ...   32   33   34   35   36   37   38   39   ...   168
geofiziki kesfiyyat usullari

 
§ 15. Fiziki sahə və anomaliya 
Dağ massivlərində hər hansı geoloji məsələnin həlli geoloji 
obyektlərin həndəsi formasının və maddi tərkibinin təyin edilməsi 
məsələsinin həllinə gətirib çıxarır. Geoloji hədəflərin geofiziki 
üsullarla təyini o vaxt mümkun olur ki, tədqiq olunan obyekt və 
obyektin yerləşdiyi dağ massivi müxtəlif fiziki xassələrə malik olsun. 
Bu halda (bizim ayaqlarımız altında) yəni yer səthində müxtəlif 
qiymətli və ölçülü fiziki sahələr müşahidə ediləcəkdir (maqnit sahəsi, 
cismin ağırlıq qüvvəsi və sairə) 
sahə dedikdə
fəzada elə bir müstəvi 
nəzərdə tutulur ki, həmia müstəvi daxilində insana nəsə təsir edir 
(məs. görmə sahəsi, fiziki sahə və s.). 
downloaded from KitabYurdu.org


75 
Fiziki sahə materiyanın elə hissəsidir ki, maddənin tərkibində 
olan hissəcikləri bir-biri ilə vahid sistemdə birləşdirir və hissəçiklərin 
təsirini birindən digərinə ötürür (yəni hissəciklər arasında qarşılıqlı 
təsir yaradır). Fiziki sahəyə elektromaqnit sahəsi misal ola bilər, bu, 
yüklu hissəciklər arasında yaranan qarşılıqlı təsir sahəsidir. Cazibə 
sahəsi (qravitasiya sahəsi) bu nuklonlar arasında yaranan qarşılıqlı 
təsir dairəsidir. Fizikanın tarixində öyrənilən sahələrdən birincisi 
elektromaqnit sahəsidir (XIX əsr).
Hər bir nöqtədə fiziki sahə müəyyən qiymətə malikdir. Bu 
qiymət həm skalyar, vektorial ola bilər, eyni zamanda, fiziki sahə 
həm vektorial, həm də skalyar ola bilər. Geofiziki üsulla həm təbii, 
həm də süni yaranmış fiziki sahələri öyrənmək olur. 
Təbii sahələrə
Yerii maqnit sahəsini, ağırlıq qüvvəsi sahəsini və bir neçə növ 
elektrik sahəsini, radioaktiv elementlərin paylandığı yerdə yaratdığı 
sahələr aiddir. Bu sahələrin yaranmasında insan iştirak etmir, bunu 
təbiət özu yaradır. 
Süni sahələrə
elektromaqnit sahələri, elastik dalğaların yaratdığı 
sahə, süni radioaktiv sahələr aiddir. Süni elektromaqnit sahəni yerə 
cərəyan buraxmaqla, yaxud qapalı yerlə əlaqəsi olmayan konturdan 
cərəyan buraxmaqla əldə etmək olar. Süni elastik dalğaları yerdə 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin