Xələfli A. A


§11. Süxurların deformasiyası zaman elastik dalğaların



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə32/168
tarix27.12.2023
ölçüsü2,8 Kb.
#199138
1   ...   28   29   30   31   32   33   34   35   ...   168
geofiziki kesfiyyat usullari

 
§11. Süxurların deformasiyası zaman elastik dalğaların 
sürəti.
İndi biz süxurun deformasiyası zamanı elastiki dalğanın necə 
dəyişməsinə baxaq. Nəticələrin sadə təhlili üçün deformasiya 
prosesini sxematik olaraq dörd mərhələyə bölmək lazımdır. 1-ci 
mərhələdə (şəkil 20) makroçatlar bağlanır (çatlar bağlanır). 2-ci 
mərhələdə 
downloaded from KitabYurdu.org


65 
Şəkil
.20.
Süxurlardan hazırlanmış nümunələrdə deformasiyanın müxtəlif 
mərhələləri a-xətti deformasiyanın; b-həcmi deformasiyanın gərginlikdən 
asıllığı.
çatların bağlanması və yeni çatların əmələ gəlməsi baş verir, yəni 
tarazlıq yaranır. 3-cü mərhələdə çatların sayı üstünlük təşkil edir və 
elastik deformasiyasından kənara çıxır. 4-cü mərhələdə sel kimi 
çatlar əmələ gəlməyə başlayır, magistral yol əmələ gəlir və dağılma 
baş verir. Yəqin ki, bu mərhələlərin hamısı ölçülən elastik dalğaların 
sürətində öz əksini tapacaqdır. 
Birtərəfli sıxılma zamanı nümunələrdə üfüqi çatlar bağlanmağa 
başlayır, lakin şaquli istiqamətdə çatlar əmələ gəlməyə başlayır, yəni 
təsir edən qüvvəyə paralel olaraq çatların sayı artmağa başlayır, bir-
birindən qopub aralanma baş verir. Bundan da uzununa elastiki 
dalğaların sürətinin dəyişməsi yaxud da dağılma prosesinin 
başlanması nümunənin eninə istiqamətdə uzununa istiqamətdən daha 
çox olmalıdır. 
Təcrübi olaraq nümunənin deformasiyası zamanı müxtəlif tip 
pozulub dağılmalar aşkar olunub. Ona görə də nümunənin bu və ya
tip dağılma ərəfəsinə yaxınlaşması zamanı elastiki dalğanın sürətinin 
dəyişməsini müzakirə etmək istəyiriksə, onda bu dağılma hallarını 
downloaded from KitabYurdu.org


66 
sistemləşdirmək lazımdır. Təcrübi olaraq nümunələrdə müşahidə 
olunan dağılmaları dörd yerə ayırmaq olar. Birinciyə çatlarla 
nümunənin hissəcikləri tətbiq olunan qüvvənin istiqamətinə paralel 
olaraq çatlarla qopurlar (şəkil 21a). İkinci tip dağılmada nümunə iri 
çat boyunca iki hissəyə parçalanır, bu nümunə də müəyyən bucaq 
altında yerləşir, bu bucağın qiyməti yan tərəfdən təsir edən təzyiq 
dəyişməsilə nümunədən nümunəyə dəyişir (şəkil 21b). Üçüncü tip 
dağılmada
Şəkil 21. Süxur nümunələrində müxtəlif tip qırılıb dağılmaların sxematik 
göstərilməsi

mütləq əzilib qırılma zonası olur (şəkil 22c), bu halda əsas çat 
çox mürəkkəb səthə malik olur. Nəhayət, dördüncü tip dağılmada 
nümunənin bütövlüyü pozulmur, nümunə plastiki olaraq deformasiya 
olunur (şəkil 21d). 
Dağılma prosesinin başlanmasına hazırlıqda dağılma zonasında 
çox aydın olaraq uzununa elastik dalğanın sürətinin azalması 
müşahidə olunur, bu proses sıçrayışla yox, yavaş-yavaş getməyə 
başlayır, bu kiçik çatların əmələ gəlməsi ilə baş verir, elə bil 
nümunəni əziblər. İndi də elastiki dalğaların sürətinin qeyri elastiki 
deformasiyalarda 
dəyişməsinə 
baxaq. 
Plastik 
deformasiya 
əhəmiyyətli dərəcədə yalnız mərmərdən hazırlanmış nümunələrdə 
baş verir (şəkil 22a). Atmosfer təzyiqində mərmərdən düzəlmiş 
downloaded from KitabYurdu.org


67 
nümunələr kövrək dağılır və deformasiya zamanı uzununa dalğaların 
sürətində kəskin dəyişmə müşahidə olunur və şəkil 22b-də çox aydın 
görünür. Həmin şəkildə hərtərəfli hidrostatik təzyiqin təsiri ilə 
mərmər nümunələrdə elastiki uzununa dalğaların sürətinin dəyişməsi 
də göstərilmişdir. Şəkil 22c-dən görünür ki, hidrostatik təzyiq 
artdıqca sürətin qiyməti plastik deformasiya zamanı artmağa başlayır. 
Şəkil 22. 
Nümunələrin deformasiyası zamanı uzununa dalğaların 
sürətinin nisbi dəyişməsi(Volaroviçə görə). 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin